Accessibility links

Jurnalist həbsxanada aclığa başlayıb


Osman Nərimanoğlu (Fotonu jurnalistin həyat yoldaşı Arzu Rzayeva təqdim edib)
Osman Nərimanoğlu (Fotonu jurnalistin həyat yoldaşı Arzu Rzayeva təqdim edib)

Həbsdə olan demokratik.az saytının rəhbəri Osman Nərimanoğlu noyabrın 19-da Şəki penitensiar kompleksində aclıq aksiyasına başlayıb. O, cinayət təqibinə və prokurorluğun onun şikayətlərinə məhəl qoymamasına etiraz edir.

Bu barədə Nərimanoğlunun həyat yoldaşı Arzu Rzayeva Amerikanın Səsinə bildirib.

Onun sözlərinə görə, Nərimanoğlu aclıq elan etdikdən sonra cərimə təcridxanasına (karser) salınıb.

Arzi Abdullayeva bir çox xəstəliklərdən əziyyət çəkən həyat yoldaşının sağlamlığından narahat olduğunu deyib.

Osman Nərimanoğlu pul tələb etmə ittihamı ilə həbs olunub. O, həbs edildikdən sonra ittihamların yalan olduğunu və rəhbərlik etdiyi saytda korrupsiya əməlləri haqqında materiallar dərc edilən Meliorasiya İdarəsinin məmurlarının, həmçinin Goranboy və Göygöl rayonlarının həkimlərinin ona böhtan atdığını bildirib.

25 yanvar 2024-cü ildə məhkəmə jurnalisti 6,5 il müddətinə azadlıqdan məhrum edib, mayın 17-də Apellyasiya Məhkəməsi bu hökmü qüvvədə saxlayıb, noyabrın 6-da isə Ali Məhkəmə hökmü təsdiq edib.

Hüquq müddafiəçiləri Osman Nərimanoğlunu siyasi məhbus kimi tanıyıb.

Forum

XS
SM
MD
LG