Accessibility links

Məhkəmə jurnalisti ev dustaqlığına buraxmayıb


İmran Aliyev
İmran Aliyev

Noyabrın 7-də Bakının Xətai Rayon Məhkəməsi "Məclis.info" saytının rəhbəri İmran Əliyevin ev dustaqlığına buraxılması ilə bağlı vəsatəti təmin etməyib. Məhkəmə jurnalisti həbsdə saxlayıb.

İmran Əliyev iclasa gətirilməyib, o, məhkəmə iclasına online qoşulub.

Saytın rəhbəri aprelin 18-də Heydər Əliyev Bakı Beynəlxalq Aeroportunda saxlanılıb.

İmran Əliyev Cinayət Məcəlləsinin 206.3.1-ci (qaçaqmalçılıq - təkrar törədildikdə) və 206.3.2-ci (qaçaqmalçılıq - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə ittiham olunur. Jurnalist ittihamı qəbul etmir, sifariş hesab edir.

Sayt rəhbəri saxlanmazdan bir neçə saat öncə hakimiyyətyönümlü "Qafqazinfo" saytında "Abzas Media" və "Toplum TV" işində yeni faktlar" adlı məqalə dərc olunub və orada İmran Əliyevin də adı çəkilib. Məqalədə o, qrant qaçaqmalçılıqda ittiham olunub.

"Meclis.info" parlamentin fəaliyyətini monitorinq edən platformadır.

Forum

XS
SM
MD
LG