Accessibility links

“Meclis.info” platformasının rəhbəri saxlanılıb


İmran Əliyev
İmran Əliyev

Aprelin 18-də “Meclis.info” platformasının rəhbəri İmran Əliyev Heydər Əliyev Beynəlxalq Aeroportunda saxlanılıb. Bu barədə onun özü məlumat verib.

“Haqqımda gedən sifarişli yazıdan sonra təhlükəsizlik üçün İstanbula bilet almışdım. Barəmdə yazılan xəbərlər uydurmadır. Saat 20:54-dür, pasportumu, həmçinin biletimi də alaraq məni saxlayıblar”.

İmran Əliyev bildirib ki, o, Sərhəd Qoşunları tərəfindən saxlanılaraq “qara maskalı” şəxslərə təhvil verilib. Onun sözlərinə görə saxlanılarkən ona qarşı zor tətbiq olunub.

Sayt rəhbəri saxlanmazdan bir neçə saat öncə hakimiyyətyönümlü “Qafqazinfo” saytı ““Abzas Media” və “Toplum TV” işində yeni faktlar” adlı məqalə dərc olunub və orada İmran Əliyevin də adı çəkilir.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Tramp baş prokuror vəzifəsinə yeni namizəd nominasiya edib
please wait

No media source currently available

0:00 0:11:25 0:00
XS
SM
MD
LG