Sentyabrın 30-da Fransanın Strasburq şəhərində Azərbaycanda həbsdə olan tədqiqatçı İqbal Əbilova dəstək məqsədi ilə aksiya keçirilib. Əbilovun AŞPA-nın payız sessiyasının açılış günü Avropa Şurası qərargahı qarşısında toplaşan dostları və həmkarları onun azad edilməsinə çağırıb.