İranın Hərbi Dəniz Qüvvələri Xəzər dənizində hərbi təlim keçirib.
Mehr agentliyinin məlumatına görə, avqustun 13-də axşam saatlarında İran Ordusunun Hərbi Dəniz Qüvvələrinin Astara şəhərindəki bazasında hərbi dəniz müdafiəsi təlimi keçirilib.
Təlim zamanı hipotetik hədəflərə hücum edilib.
Astara qubernatorunun müavini Həmid Musəvi bildirib ki, təlimin məqsədi donanmanın qüvvələrini mümkün qədər hazırlamaq olub.
Bu təlim avqustun 9-da Britaniyanın The Telegraph qəzetində İranın Kürdistan bölgəsi və Azərbaycandakı İsrail obyektlərinə zərbə endirməsi mümkünlüyü haqqında xəbərin yayılmasından sonraya təsadüf edir.
Bu nəşrdə prezident Pezeşkianın köməkçilərindən birinin Kürdistan və Azərbaycanın liderlərinə əvvəlcədən xəbərdarlıq edərək, İsrailin bu ölkələrdəki obyektlərinə şərti zərbə endirmək İsrailin özünə qarşı böyük müharibəyə başlamaqdan daha yaxşı olduğu haqqında sözlərindən sitat gətirilib.
Bununla yanaşı, rəsmi Bakı bu xəbərlərin əsasının olmadığını bildirib və Azərbaycan ərazisində hər hansısa xarici dövlətin, o cümlədən İsrailin hərbi kontingentinin olmadığını bəyan edib.
Xatırladaq ki, bundan öncə iyulun 22-də İranın Hərbi Dəniz Qüvvələrinin təşəbbüsü ilə İranın Xəzər dənizindəki ərazi sularında dəniz təhlükəsizliyi üzrə birgə təlimlər keçirilib.
İran və Rusiya hərbi dəniz qüvvələri ticarət gəmisində baş verən yanğının söndürülməsi, qurbanların xilas edilməsi və nəticələrin aradan qaldırılması üzrə ilkin tapşırıqlara əsasən məşq ediblər.
Forum