Accessibility links

Azərbaycan Xəzər dənizində 1500 nəfər şəxsi heyətlə taktiki təlim keçirir


Xəzər dənizində hərbi təlim (Mənbə: Müdafiə Nazirliyi)
Xəzər dənizində hərbi təlim (Mənbə: Müdafiə Nazirliyi)

Azərbaycan Hərbi Dəniz Qüvvələri (HDQ), Quru Qoşunları (QQ), Hərbi Hava Qüvvələri (HHQ) və Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsi ilə qarşılıqlı əlaqədə ”Xəzri dalğası” taktiki təlimi keçirilir.

Təlimə 1500 nəfər şəxsi heyət, HDQ-nin döyüş, təminat, DSX Sahil Mühafizəsinin gözətçi gəmiləri, HHQ-nin helikopterləri, pilotsuz uçuş aparatları və QQ-nin zirehli döyüş maşınları cəlb olunub.

Azərbaycan Müdafiə Nazirliyinin məlumatında deyilir ki, iyulun 20-də Müdafiə Nazirliyinin rəhbər heyəti Xəzər dənizinin Azərbaycana məxsus sektorunda enerji infrastrukturlarının mühafizəsi və müdafiəsi zamanı döyüş əməliyyatlarının aparılması üzrə keçirilən təlimi izləmək üçün hərbi-dəniz bazasına gəlib.

HDQ komandanı vitse-admiral Sübhan Bəkirov bildirib ki, Xəzər dənizinin Azərbaycana məxsus ərazi sektorunun mühafizə və müdafiəsi HDQ-nin qüvvə və vasitələri ilə yüksək səviyyədə təşkil olunub.

“Dəniz sularımız pilotsuz uçuş aparatları və digər texniki vasitələrlə fasiləsiz müşahidə edilir. Təlimin məqsədi ərazi sularımızda yarana biləcək təhdid zamanı komandirlərin və qərargah zabitlərinin birgə fəaliyyətlərin işlənməsi, eləcə də bölmələrin döyüşdə idarə olunması üzrə bilik və bacarıqlarının təkmilləşdirilməsidir”, o qeyd edib.

Xəzər dənizinin Azərbaycana məxsus ərazi sektorunda təlimin gedişatını izləyən müdafiə naziri hərbi qulluqçuların peşəkarlığını yüksək qiymətləndirib.

Təlimlər əsasən İran hərbi rəhbərlərinin qonşuları ilə bağlı sərt bəyanatlarından sonraya təsadüf edir.

Azərbaycanın keçmiş hərbi korpus komandanı Şair Ramaldanov Amerikanın Səsinə bildirib ki, Azərbaycanın Hərbi Dəniz Qüvvələrinin böyük cavabdehliyi var.

“Çünki Azərbaycanın Xəzər dənizində böyük enerji inrfastrukturu mövcuddur. Bu infrastrukturların terror hücumlarından qorunması üçün hərbi təlimlərin keçirilməsi vacibdir. Düşünürəm ki, dənizdə keçirilən hər bir təlim bizim təbii sərvətlərin, infrastrukturun, boru kəmərlərinin, digər obyektlərin və əlbəttə dənizdəki sərhədlərin qorunması funksiyası daşıyır”, o qeyd edib.

XS
SM
MD
LG