Accessibility links

Azərbaycan Prezidenti İranın yeni seçilmiş prezidentini təbrik edib


Məsud Pezeşkiyan
Məsud Pezeşkiyan

Azərbaycan Prezidenti İlham Əliyev İranın yeni seçilmiş prezidenti Məsud Pezeşkiana təbrik məktubu göndərib.

İranlı həmkarını yeni vəzifəyə seçilməsi münasibətilə ürəkdən təbrik edən dövlət başçısı Azərbaycan ilə İran arasında ortaq dini-mədəni köklər, dostluq və qardaşlıq kimi möhkəm təməllər üzərində qurulmuş münasibətlərə böyük əhəmiyyət verdiyini vurğulayıb.

“Bu gün qarşılıqlı hörmətə və mehriban qonşuluğa əsaslanan Azərbaycan-İran əlaqələrinin gələcək inkişaf istiqamətlərinə dair əldə edilmiş razılaşmalar, icra olunan birgə layihələr ölkələrimizin rifahına, bütövlükdə regionun davamlı inkişafına və təhlükəsizliyinə xidmət edir.

Əminəm ki, birgə səylərimizlə xalqlarımızın və ölkələrimizin mənafeləri naminə Azərbaycan ilə İran arasında ənənəvi dostluq münasibətlərinin daha da möhkəmlənməsinə, qarşılıqlı maraq doğuran əməkdaşlığın genişlənməsinə nail olacağıq”, təbrikdə deyilir.

Dövlət başçısı ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparmaq məqsədilə Məsud Pezeşkianı Azərbaycana səfərə dəvət edib.

İranın Seçki Komissiyasının rəhbəri Möhsün Eslami ikinci turda 16 milyon 384 min 403 seçicinin səs verdiyi islahatçı Məsud Pezeşkianın seçkilərdə qalib gəldiyini bildirib.

Etnik mənsubiyyət baxımdan Azərbaycan Türkü olan Məsud Pezeşkianın seçki kampaniyası boyunca bir sıra fəallar azərbaycanlıların mədəni və dil hüquqlarının qorunmasına çağırıblar.

Pezeşkianın təşviqat mitinqinin keçirildiyi stadiona toplanan əhali “Azərbaycan bir kəlam, Pezeşkian vəssalam”, “Türk dilində mədrəsə, olmalıdır hər kəsə” kimi şüarlar səsləndiriblər.

Forum

XS
SM
MD
LG