Accessibility links

Teoman Aktan: Pezeşkianın namizəd olması İranda türklərin bu seçkilərə baxışını fərqləndirib


Teoman Aktan, politoloq
Teoman Aktan, politoloq

İranda növbədənkənar prezident seçkiləri cümə günü keçiriləcək. Təbrizin islahatçı millət vəkili və keçmişdə İran Parlametində fəaliyyət yaradılmış Türk Bölgələri Fraksiyasının təsisçi başqanı Məsud Pezeşkianın namizədlər arasında olması İran Azərbaycanında siya atmosferi keçən dönəmə görə daha hərəkətləndirib.

Politiloq və siyasi fəal Teoman Aktan Amerikanın Səsinə müsahibədə Pezeşkian faktorunun yaratdığı fərqi, eləcə də Pezeşkianın prezident seçilib və ya seçilməməsinin Azərbaycan Milli Hərəkatına göstərəcəyi təsirləri dəyərləndirib.

Teoman Aktan: Pezeşkiyanın namizəd olması İranda türklərin prezident seçkilərini baxışını fərqləndirib
please wait

No media source currently available

0:00 0:12:46 0:00

İranın nəzarət şurası tərəfindən prezidentliyə namizədliyi təsdiqləndikdən bəri Pezeşkian bəzi kəsimlər tərəfindən bölücü, pan-türkist və federalçı kimi ləqəblərlə günahlandırılır. O, keçən günlərdə dövlət televiziyasında qatıldığı proqramda belə “pan-türkist tərəfdarları” ilə əlaqədar suallarla qarşılaşıb. Azərbaycan Milli Hərəkatına mənsub qüvvələr arasında seçimləri boykot etməyə çağıranlar olsa da, hərəkatın daha böyük bir qismi sandığa gedən türklərin Pezeşkiana səs verməsini dəstəkləyir.

Məsud Pezeşkianın prezident seçilməsinin milli hərəkat üçün müsbət nəticələr gətirəcəyini önə çəkən Teoman Aktan onun seçilməməsinin isə hərəkat üçün məğlubiyyət sayılmayacağını müdafiə edir.

Politoloq qarşıdan gələn seçkilərin son illərdə hökümət əleyhinə təşkil olunmuş geniş etirazların kölgəsində keçiriləcəyinə diqqət çəkərək deyir ki, “seçimlərin son etiraz olaylarının kölgəsində keçiriləcək olması xalqın seçkilərə iştirakını ciddi mənada sual altına aparır. Həm hökümətin ciddi qayğıları var həm müxaliflərin. Seçimlərə iştirak az olduğunda hökümət bunu öz məşruiyyətinə bir zərbə olaraq görür. Amma eyni zamanda xalqın iştirakı az olduğunda müxalif namizədin, yəni indiki durumda Pezeşkianın sandıqdan çıxma ehtimalı azalır. Yəni, aşağı iştirak səviyyəsi həm müxaliflər, həm hökümət üçün bir zərbə kimi dəyərləndirilə bilər.”

Aktanın sözlərinə görə, “İran toplumunun qarşı-qarşıya olduğu ciddi məsələlər var; iqtisadi çətinliklər, inflyasiya və həyat bahalılığı, işsizlik, sanksiyalar, siyasi basqılar və həbslər, ifadə azadlığının olmaması, senzura, ədalətsiz seçkilər, insan haqları pozuntuları, qadın haqları sahəsində məhdudiyyətlər, etnik və dini azlıqlara basqılar, ictimai və mədəni basqılar, yəni bu məcburi hicab məsələsi və gənclik üzərindəki basqılar, özəl həyatın sürəkli dövlətin sıx kontrolu altında olması və bunlardan dolayı yaranan narahatlıqlar, çevrə məsələsi və ondan yaranan köç problemi və s. İnsanlar seçkilərin bu problemlərə qalıcı bir çözüm olmayacağı düşüncəsi ilə seçkilərə mənfi yanaşırlar”.

O hesab edir ki, “seçkilərə qatılmağı müdafiə edənlər də kiçik dəyişimlərin İran kimi qapalı sistemlərdə böyük dəyişimlərə zəmin hazırlaya biləcəyi düşüncəsi ilə hərəkət edirlər”.

Teoman Aktan qarşıdan gələn seçkilərin türklər baxımından fərqli olduğunu ifadə edir: “Pezeşkianın türk olması və reformist olması İrandakı türklərin gözündə bu seçimləri çox fərqli qılmışdır. Hər kəs öz pəncərəsindən məsələyə baxmağa çalışır. Bəzi müxaliflər Pezeşkian məsələsinin hökümətin manipulyasiyası olduğunu düşünərkən, başqa aktivistlər bu durumu fərqli şəkildə dərk edirlər. Müxaliflərin içindəki fərqli qrupların öz strateji və ideoloji mövqeləri doğrultusunda olayları dəyərləndirmələri təbiidir”.

Politoloq 1997 və 2009 prezident seçkilərinə diqqət çəkərək əlavə edir ki, “1997-də yəni Xatəminin seçildiyi dönəm və 2009-da Mirhüseyn Musəvinin başını çəkdiyi Yaşıl Hərəkatın ortaya çıxdığı dönəmlərdə olduğu kimi insanlar gedişatı dəyişdirmək və ya alternativ bir idarəni dəstəkləmək amacı ilə sandığa getmişdi. Dolayısı ilə yüksək iştirak səviyyəsi hər zaman hökümətə məşruiyyət qazandırmaq anlamına gəlmir. Bu bəzən xalqın gedişatdan məmnun olmadığını da göstərə bilir. Yəni, toplum içində olduğu şərtlərdən qurtulmaq istətyir və bəzən seçkilərin yaratdığı mühit və şərtlər kiçik bir dəyişikliyə yol açsa da toplum üçün böyük nəticələri olur. Toplum bunu bir fürsət kimi dəyərləndirir”.

Forum

XS
SM
MD
LG