Accessibility links

Ural Hatəmi: Mənə görə Pezeşkiyan İslam Respublikasının yenidən bərpası və restorasiyasının nümayəndəsidir


Ural Hatəmi
Ural Hatəmi

Sosioloq və siyasi fəal Ural Hatəmi Amerikanın Səsi ilə söhbətində Təbrizin islahatçı millət vəkili Məsud Pezeşkiyanın prezidentliyə namizədliyinin İranın nəzarət şurası tərəfindən təsdiqlənməsini olduqca zəifləmiş İslam Respublikasının bərpası cəhdləri istiqamətində bir addım olaraq dəyərləndirir.

Ural Hatəmi: Pezeşkiyan İslam Respublikasının yenidən bərpası və restorasiyasının nümayəndəsidir
please wait

No media source currently available

0:00 0:12:53 0:00
Direct link

Qərbi Azərbaycan, Şərqi Azərbaycan və Ərdəbil vilayətləri keçmiş seçkilərdə İranda seçki fəallığının ən aşağı olduğu vilayətlər arasında yer alıblar. Ancaq, Məsud Pezeşkiyanın namizədliyi İran Azərbaycanı, eləcə də Tehran kimi vilayətlərdə türk icması arasında siyasi fəallığın əhəmiyyətli dərəcədə yüksəlməsinə səbəb olub.

Ural Hatəmi keçən illərdə İranda hökümət əleyhinə baş qaldıran geniş etirazlara diqqət çəkərək qarşıdan gələn seçkilərin İslam Respublikasının çox həssas bir dönəminə təsadüf etdiyini vurğulayır.

“Öncəki seçkilərdə bugünkü həssasiyyət yox idi. Çünki, keçən illərdə çox ciddi aksiyalar və nümayişlər keçirildi. Ölkədə haradasa inqilabdan söz edilirdi. Ölkənin hər yerində yüzlərlə şəhərdə insanların küçələrə töküldüyü birçox insanın can verdiyi etirazlardan sonra seçkilərin əhəmiyyəti öncəkilərdən daha çoxdur deyə düşünürəm. Ancaq, həyəcan biraz daha azdır... Amma türklərin arasında öncəki seçkilərdən fərqli bir həyəcan vardır. Bu doğrudur ya yanlışdır və ya boşdur, nəticəsi olacaqmı ya olmayacaqmı, o başqa məsələ, amma gerçək budur ki, türklər arasında bir hərəkətlənmə var. Amma mənim şəxsi görüşüm budur ki, bu tamamən [hakimiyyət tərəfindən] mühəndislik olunmuş bir vəziyyətdir,” Hatəmi söyləyir.

Siyasi fəal seçmilər mövzusunda İran Azərbaycanını əlaqələndirən önəmli sualların mövcud olduğunu önə çəkir: “Bu seçkilərə səbəb olan hadisəyə baxaq. Bu fərziyyəni nəzərdə tutsaq ki, Rəisi bir qəza nəticəsində ölmədi, öldürüldü. Bunun da ehtimalı çox yuxarıdır. Əsas sual budur, Rəisi niyə Azərbaycanda öldürüldü? Rəisi niyə tək başına öldürülmədi, niyə Azərbaycanın iki şəxsiyyəti (Şərqi Azərbaycan valisi və Təbrizin cümə imamı) ilə birlikdə öldürüldü? Bu Azərbaycanda sosial psixologiya üzərində böyük bir təsir yaratdı. Belə bir olayın ardından prezident seçkilərinin bir nömrəli adı yenə Azərbaycandan oldu. Sual budur, nəzarət şurası Pezeşkiyanın namizədliyini niyə təsdiqlədi? Niyə rədd etmədi?”

Ural Hatəmi hesab edir ki, “küncə sıxışmış İslam Cümhuriyyəti özünü Azərbaycandan bərpa etməyə çalışa bilər.”

O, deyir ki, “keçən dörd-beş ildə fərqli mübahisələrdə mən də çoxları da bu nəzərdə idik ki, İslam Cümhuriyyətinin küncə sıxışdığı və özünü qurtarmaq üçün bir çıxış yolu axtardığı dönəmdə özünü Azərbaycandan bərpa etməyə çalışacaq... Mən Pezeşkiyanın reform və ya etnik qrupları ilə bağlı söyləmlərinə inanmıram. Mənə görə, Pezeşkiyan İslam Respublikasının yenidən bərpası və restorasiyasının nümayəndəsidir.”

İranın nəzarət şurası tərəfindən prezidentliyə namizədliyi təsdiqləndikdən bəri Pezeşkiyan bəzi kəsimlər tərəfindən bölücü, pan-türkist və federalçı kimi ləqəblərlə günahlandırılır. Pezeşkiyan keçən günlərdə dövlət televiziyasında qatıldığı proqramda belə “pan-türkist tərəfdarları” ilə əlaqədar suallarla qarşılaşıb.

Sosiloq “pan-türkizm” mübahisəsinin İranın dövlət televiziyasında gündəmə gətirilməsini bir diskurs dəyişikliyi olaraq dəyərləndirir.

“Ciddi bir diskurs dəyişikliyi vardır. Bu bizim zərərimizə olan bir dəyişiklikdir. Keçən dəfələr ana dili məsələsi danışılarkən, bugün pan-türkizm danışılır. Türk kültürü danışılmır. Türklərin haqlarından danışılmır. Kimlik məsələsi danışılmır. Ana dili məsələsi pozitiv atmosfer yaradan bir şeydir və insanlara təsir edir. Ama bugün televiziyada danışılan pan-türkizm pozitiv bir məna vermir və qorxu salır. Halbuki, Ruhani dönəmində İran dövlət televiziyasında birbaşa ana dili məsələsi danışılırdı. Bizim ən önəmli məsələmiz dil məsələsidir. Amma bu dəfə İran televiziyasında mədəniyyət başlıqlı proqramında pan-türkizm kəlməsi keçdi amma ana dili məsələsi keçmədi. Pezeşkiyanı Azərbaycanın nümayəndəsi görənlər bunu görmür mü? Bu mövzu danışılmır. Yəni, bizim fəallar bu diskurs dəyişikliyinin fərqində deyillər. Yəni, bunlar hansı islahata ümid bağlayır insan həqiqətən təəcüb edir” - deyə, Ural Hatəmi əlavə edir.

Forum

XS
SM
MD
LG