Accessibility links

Sevinc Vaqifqızı və Ülvi Həsənli girov müqabilində azadlığa buraxılmayıb


Sevinc Vaqifqızı və Ülvi Həsənli
Sevinc Vaqifqızı və Ülvi Həsənli

İyunun 6-da Bakı şəhər Xətai Rayon Məhkəməsində "Abzas Media” saytının direktoru Ülvi Həsənlinin, saytın baş redaktoru Sevinc Vaqifqızının həbs qətimkan tədbirinin girov müqabilində məhkəməyədək həbsdən azad edilmə imkan tədbiri ilə əvəz olunmaması barədə verilən vəsatətə baxılıb. Məhkəmə vəsatəti təmin etməyib.

Bu barədə Amerikanın Səsinə vəkil Elçin Sadıqov bildirib.

Vəkil birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti verəcəyini bildirib.

“Abzas Media" ilə bağlı cinayət işi üzrə ötən il noyabrın 20-də saytın direktoru Ülvi Həsənli saxlanılıb. Həmin gün onun evində və "Abzas Media"nın ofisində axtarış aparılıb və ofisdən 40 min avro pul tapıldığı iddia edilib.

Daha sonra noyabrın 20-də direktor müavini Məhəmməd Kekalov, 21-ə keçən gecə xaricdən qayıdanda hava limanında saytın baş redaktoru Sevinc Vaqifqızı saxlanılıb.

Həmin iş üzrə jurnalistlər Nərgiz Absalamova, Elnarə Qasımova və araşdırmaçı jurnalist Hafiz Babalı da həbs olunub. Jurnalistlərin hamısına Cinayət Məcəlləsinin 206.3.2-ci (öncədən əlbir bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsi ilə ittiham verilib. Bu maddənin sanksiyasında 5 ildən 8 ilədək həbs cəzası nəzərdə tutulub.

Onların heç biri özünü təqsirli bilmir, həbslərinin peşə fəaliyyətləri ilə bağlı olduğunu bildirir.

Beynəlxalq media müdafiə təşkilatları Azərbaycan hakimiyyətini saxlanan jurnalistləri dərhal azad etməyə, müstəqil mediaya təzyiqləri dayandırmağa çağırıb.

Azərbaycan hakimiyyəti isə ölkədə insanların siyasi baxışlarına görə təqib edilmədiyini və bütün fundamental hüquqların tam təmin edildiyini bəyan edir.

Forum

XS
SM
MD
LG