Accessibility links

Məhkəmə jurnalistin şikayətini təmin etməyib


Journalist Nargiz Absalamova
Journalist Nargiz Absalamova

Mayın 22-də Bakı Apellyasiya Məhkəməsi jurnalist Nərgiz Absalamovanın ev dustaqlığına buraxılması barədə Xətai Rayon Məhkəməsinin qərarından verilən şikayəti təmin etməyib. Məhkəmə jurnalisti həbsdə saxlayıb.

Mayın 15-də Xətai Rayon Məhkəməsi 1 dekabr 2023-cü ildə "Abzas Media işi" üzrə həbs edilmiş Absalamovanın barəsində qətimkan tədbirinin dəyişdirilməsinə dair vəsatəti təmin etməyib.

Bundan əvvəl vəkil Rövşanə Rəhimova bildirib ki, Absalamovanın barəsində Avropa İnsan Hüquqları Konvensiyasının 5-ci (azadlıq və şəxsi toxunulmazlıq hüququ), 6-cı (ədalətli məhkəmə araşdırması hüququ) və 18-ci (hüquqlarla bağlı məhdudlaşdırmalardan istifadənin hədləri) maddələri pozulub.

Xatırladaq ki, 20 noyabr 2023-cü ildən “Abzas Media”nın altı jurnalisti və media işçisi "valyuta qaçaqmalçılığı" ittihamı ilə həbs edilib. Onlar ittihamları rədd ediblər və cinayət işini korrupsiya faktlarının araşdırmaları ilə əlaqələndiriblər. Belə ki, həmin faktlar “Abzas Media”da dərc olunub.

Beynəlxalq insan hüquqları təşkilatları, həmçinin ABŞ Dövlət Departamenti Azərbaycan hakimiyyətini saxlanılan jurnalistləri dərhal azad etməyə və KİV-ə təzyiqləri dayandırmağa çağırıb.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p

No media source currently available

0:00 12:05 0:00
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p

No media source currently available

0:00 25:08 0:00
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p
XS
SM
MD
LG