Accessibility links

Ərdəbil vilayətində bir ekokamp möhürlənib


Ərdəbil vilayəti (xəritə)
Ərdəbil vilayəti (xəritə)

Ərdəbil vilayətinin Meşginşəhr (Xiyav) şəhərində bir turizm kompleksi “İslam qaydalarına riayət edilmədiyi” üçün polis tərəfindən möhürlənib.

Sosial mediada bu məkanda polis tərəfindən bir bannerin quraşdırıldığını göstərən şəkil yayılıb. Həmin bannerdə Durna adlı bir ekokampın möhürlənməsinin səbəbi “islam qaydalarına əməl edilməməsi” olaraq göstərilir və bildirilir ki, bu yer növbəti xəbərdarlığa qədər bağlı olacaq.

Turizm kompleksinə səyahət edənlər tərəfindən məcburi hicaba riayət edilmədiyi üçün əvvəllər polis tərəfindən xəbərdarlıq edilib və məlumatlara görə, əvvəllər də bu səbəbdən bir neçə dəfə möhürlənib.

Meşginşəhrdə turizm mərkəzi möhürlənib
Meşginşəhrdə turizm mərkəzi möhürlənib

Ekokamplar ümumiyyətlə təmiz təbiətdə yerləşən və bölgənin yerli sakinlərinin ənənəvi həyat tərzinə uyğun olan yerlərdir.

Onlarda qəbul eyni bölgənin yerli ritualları və adətlərinə uyğun olaraq həyata keçirilir.

İran polisi bəyanat yayaraq, aprelin 13-dən etibarən hökumətin müəyyən etdiyi xüsusi geyim koduna əməl etməyən qadınlarla bağlı tədbir görüləcəyini açıqlamışdı. İran polisinin “İşıq Planı” kimi tanınan bu ölçülərinə əsasən məcburi hicab taxmayan qadın və qızlar əvvəllər olduğu kimi həbs edilir.

Həmçinin İran polisi qadınların hicab taxmadığı iş yerlərini möhürləyir. Bununla da polis iş yerlərinin sahiblərindən məcburi geyim kodlarına riayət etməyən qadınların iş yerlərinə hicabsız daxil olmasının qarşısını almaq istəyir.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Suriya hakimiyyəti ölkədəki silahlı qrupların ləğv ediləcəyni bildirir
please wait

No media source currently available

0:00 0:11:30 0:00
XS
SM
MD
LG