Accessibility links

Marağada 12 iş yeri hicaba riayət olunmadığına görə möhürlənib


İranda polis məmuru iş yerini möhürləyir
İranda polis məmuru iş yerini möhürləyir

Şərqi Azərbaycan vilayətinin Marağa şəhərində 12 iş yeri, o cümlədən kafe və restoran hicaba əməl edilməməsi deyilən hallara görə şəhər polisi tərəfindən möhürlənib.

Marağa şəhər polis komandiri polkovnik Tövhid Farsi rəsmi xəbər agentliyi İRNA-ya bildirib ki, “nəzarət planı” çərçivəsində müxtəlif sektorlar üzrə 170 iş yeri ziyarət olunub. Onun sözlərinə görə, bu monitorinq və nəzarətlər açıq və gizli şəkillərdə həyata keçirilib.

Farsi ayrıca daha çox restoran ve kafelərdə “İslami normalar” olaraq adlandırdığı qaydalara əməl olunmadığını bildirib. O, həmçinin bir fabrikdə “qeyri-adi toy məclisləri” qurulduğu səbəbilə onun möhürləndiyi barədə məlumat verib.

Polisin açıqladığı rəqəmlərə görə, polisin nəzarət planında olan 170 iş yerindən 80 iş yerinə xəbərdarlıq edilib və 12 iş yeri isə möhürlənib, bununla da ümumilikdə 92 iş yerində qayda pozuntusunun baş verdiyi məlum olub.

İran Azərbaycanında bəzi qadınlar məcburi hicab qaydalarına riayət etmir
İran Azərbaycanında bəzi qadınlar məcburi hicab qaydalarına riayət etmir

2022-cı il İranda əxlaq polisinin nəzarətində olan gənc qadın Məhsa Əmininin ölümü ölkədə kütləvi etirazlara səbəb oldu. Bununla belə, ümummilli etirazlardan sonra İranda bəzi qadınlar məcburi hicab qanununa qarşı mədəni itaətsizlik kampaniyasının bir hissəsi olaraq, ictimai yerlərdə hicabsız görünməyə başladılar.

İran hökuməti məcburi hicab qanununa qarşı vətəndaşların mədəni itaətsizliyinin çoxalmasına cavab olaraq “İffət və Hicab layihəsini” gündəmə gətirib, şəhərlərdə kafe, restoran, fitness klubları və turizm mərkəzlərini möhürləməklə qanuna qarşı çıxan vətəndaşlara təzyiqini artırır.

Forum

XS
SM
MD
LG