Accessibility links

Ərdəbil vilayətində ziyafət zalı hicaba riayət olunmadığı üçün möhürlənib


İran Azərbaycanında Ərdəbil vilayətinin Meşginşəhər (Xiyav) şəhərində Ümumi və İnqilab Məhkəməsinin prokurorunun göstərişi ilə ziyafət zalı hicab qaydalarına əməl edilmədiyi üçün möhürlənib.

İran mediasında dərc olunan məlumata görə, Ərdəbil vilayətinin Meşginşəhr şəhərinin prokuroru Babək Nonəhal bu ziyafət zalının "qanuni və şəriət qaydalarına əməl edilməməsi” nəticəsində möhürləndiyini açıqlayıb.

Meşginşəhrin prokuroru Nonəhal bu zalın işinin məhkəməyə göndərildiyini və hüquqi prosesin davam etdiyini bildirib. O, həmçinin ictimai yerlərə, o cümlədən şəhərin ziyafət zallarına nəzarətin gücləndiriləcəyini, habelə "qanun və şəriət qaydalarına zidd olan davranışların" izlənərək, həmin şəxslərin məsuliyyətə cəlb olunacağını deyib. "Heç bir qayda pozuntusu təqibsiz qalmayacaq." - deyə prokuror əlavə edib

İranda keçən il gənc qadın Məhsa Əmininin polis nəzarətində ikən ölümündən sonra, ölkədə baş tutan ümummilli etiraz aksiyaları baş versə də, hökumət qadınların geyiminə nəzarəti daha da gücləndirib.

İslam Respublikası İslam şəriətinin tətbiqi və qadın geyimləri üzərində daha sərt nəzarətin gətirilməsi üçün İffət və Hicab layihəsi çərçivəsində bir çox iş yerlərini və ticarət mərkəzini məcburi hicab qaydalarına əməl olunmadığı iddiası ilə möhürləməyə başlayıb.

Forum

XS
SM
MD
LG