Accessibility links

Təbrizdə tarixi otel hicab qanuna riayət olunmadığı üçün möhürlənib


Təbriz, Otel Sürxeyi
Təbriz, Otel Sürxeyi

Təbrizin tarixi və mədəni simvollarından olan Sürxeyi adlı tarixi otel hicab qanunlarına riayət olunmadığı üçün polis tərəfindən möhürlənib.

Təbrizin Surxab tarixi məhəlləsində yerləşən bu bina Mədəni İrs İdarəsi tərəfindən iyun ayında ənənəvi otel kimi istifadəyə verilmişdi.

Mədəni İrs Nazirinin açıqlamasında Təbrizin yeganə ənənəvi oteli kimi təqdim edilən binanın polisin əmrinə əsasən hicab qaydalarına əməl edilmədiyi üçün möhürləndiyi bildirilib.

Yerli səyahətçilər və ölkənin hər yerindən gələn turistlər tərəfindən böyük rəğbətlə qarşılanan Təbriz Sürxeyi otelinin ümumi yerlərində hicab qanununun qaydalarına əməl edilmədiyi üçün bağlandığı bildirilir. Lakin otel rəhbərliyi bu hadisə və otelin möhürlənməsinə səbəb olan vəziyyətlə bağlı hələ açıqlama verməyib.

Müzəffərəddin Şah Qacarın kürəkəninə aid olan tarixi bina uzun illər baxımsızlıqdan yararsız vəziyyətə düşmüşdü. Lakin son iki ildə Mədəni İrs İdarəsi və özəl sektorun əməkdaşlığı ilə binanın təmir işləri və bərpası sürətlənmiş və iyun ayında istifadəyə verilmişdi.

Son zamanlar çoxlu sayda iş yerləri məcburi hicab qanununa əməl edilmədiyi üçün polis tərəfindən möhürlənib. Bu, möhürlənmiş iş yerlərində işləyən işçilərin işsiz qalması ilə nəticələnib və onların məişət durumu ilə bağlı narahatlıqların artmasına səbəb olub.

Hökumətin biznes binalarını möhürləməklə bağlı addımını tənqid edənlər bir şəxsin hətta qanunu pozduğu halda belə onun davranışına görə biznesin bağlanmasının doğru hal olmadığını deyirlər.

İranda insanların əlverişsiz iqtisadi şəraitdə yaşadığı və yüksək qiymətlər və inflyasiya problemləri ilə üzləşdiyi bir vəziyyətdə hökumətin iş yerlərini və biznesləri qadınların məcburi hicab qaydalarına əməl etmədiyi səbəbindən möhürləməsi ölkədə yeni və ciddi ictimai problemə çevrilib.

Forum

XS
SM
MD
LG