Accessibility links

Media: İran hicab qanununun pozulmasına görə su parkını bağlayıb


Yerli medianın bildirdiyinə görə, İran məcburi hicab qanununa riayət etmədiyi üçün qadınların su parkına girişini qadağan edib.

Bu, son bir neçə ayda İslam Respublikasının ciddi geyim koduna əməl etməyən qadınlara və bizneslərə qarşı hakimiyyət orqanları tərəfindən gücləndirilmiş tədbirlərin bir hissəsidir.

Fars xəbər agentliyi kompleksin meneceri Məhəmməd Babaeyiyə istinadən xəbər verir ki, "Mojhaye Xoruşan su parkı bazar günü axşamdan bağlanıb". Babaeyi deyib ki, səlahiyyətlilər insanların "iffət və hjiab qaydalarına məhəl qoymaması" səbəbindən parkın bağlandığını elan edib.

İranda 1979-cu il İslam İnqilabından sonra 1983-cü ildən qadınlar üçün baş örtmək məcburi olub.

Babaeyi parkın "qanunlara əməl etdiyini" və mütəmadi olaraq qadın ziyarətçilərə hicab qaydalarına riayət etmələri barədə xəbərdarlıq edildiyini bildirib. O, Fars agentliyinə bildirib ki, parkda işləyən 1000-ə yaxın insan işlərini itirməkdən narahatdır.

60 000 kvadrat metr sahəni əhatə edən Mojhaye Xoruşan kompleksi dünyanın ən böyük qapalı su parklarından biridir.

Park İslamda şiələrin səkkizinci imamının məqbərəsinin yerləşdiyi şimal-şərqdəki müqəddəs Məşhəd şəhərinin yaxınlığında yerləşir.

Şiə İslamının səkkizinci imamının məqbərəsinin yerləşdiyi şimal-şərqdəki müqəddəs Məşhəd şəhərinin kənarında yerləşir.

Ötən il sentyabrın 16-da 22 yaşlı qadının polis tərəfindən öldürülməsi ilə başlayan kütləvi etirazlardan sonra İranda qadınlar geyim qaydalarını getdikcə daha çox pozurlar.

Kürd əsilli Məhsa Əmini geyim qaydalarını pozduğu üçün həbs edilmişdi.

Son bir neçə ayda qadağanın tətbiqi istiqamətində görülən işlər çərçivəsində müəssisələr qaydalara əməl etmədikdə bağlanıb, qanun pozuntularına nəzarət etmək üçün ictimai yerlərdə kameralar quraşdırılıb.

İyul ayında dövlət mediası qanuna məhəl qoymayanları tutmaq üçün polis patrullarının artdığını bildirib.

Forum

XS
SM
MD
LG