Accessibility links

Qəzvində bir ekoturizm mərkəzi 'hicab və iffət qaydalarına riayət edilmədiyi' iddiası ilə möhürlənib


Qəzvin (Şəkil: Yarı-rəsmi İLNA agentliyi)
Qəzvin (Şəkil: Yarı-rəsmi İLNA agentliyi)

İran İslam Respublikasının son aylarda başlatdığı 'hicab və iffət' layihəsinin ən sərt şəkildə tətbiq edildiyi vilayətlərdən biri olan Qəzvində daha bir biznes şəriət qaydalarına riayət edilmədiyi iddiası ilə möhürlənib.

Yarı-rəsmi İLNA agentliyi bu barədə Qəzvin prokurorluğunun mədəni irs obyektlərinə nəzarət şöbəsinə istinadən məlumat yayıb.

Şöbənin başqanı Vaizi Alulək bölgəsində fəaliyyət göstərən ekoturizm mərkəzinin hicab və iffət qaydalarını pozan davranışların görünməsi səbəbilə qapadıldığını bildirib.

Vaizi deyib ki, "Alulək bölgəsində bir ekoturizm mərkəzinə baş çəkərkən hicab və iffət baxımından ictimai pozuntular müşahidə olunub. Bu səbəblə sözügedən mərkəz haqqında məhkəmə işi açılaraq möhürlənmə həyata keçirilib.

Məhkəmə rəsmisinin sözlərinə görə, "prokurorluğun turizm sektoruna baxışı vilayətə turistlərin gəlməsini asanlaşdırmaq yönündədir. Bizim bu sektorun bütün müdirlərinə əsas tövsiyəmiz müqəddəs şəriət qanun və qaydalarına riayət etməkdir. Bu barədə hər hansı uyğunsuzluq və pozuntu göründüyü təqdirdə prokurorluq qətiliklə müdaxilə edərək məhkəmə işi açacaqdır".

Son aylar İslam Respublikası şəriət qaydalarının tətbiqi və qadınların geyiminə nəzarəti gücləndirmək üçün yeni layihələr həyata keçirməyə başlayıb. Hökümət fərqli vilayətlərdə bəzi iş yerləri və ticarət obyektlərini hicab və digər qaydalara riayət edilmədiyi iddiası ilə möhürləyir. İran polisi kameralar vasitəsilə avtomobillərdə hicaba riayət etməyən qadın sərnişinləri müəyyən edərək onlara SMS xəbərdarlıq göndərir. Hökümət həmçinin vətəndaşlardan "yaxşı əmələ təşviq və pis əməldən çəkindirmə" üzrə öz dini vəzifələrinə uyğun olaraq hicab qaydalarına riayət etməyən qadınlara sözlü xəbərdarlıq etmələrini tələb edir.

Forum

XS
SM
MD
LG