Accessibility links

Həmədanda məcburi hicab qaydalarına riayət edilməyən daha bir iş yeri möhürlənib


Tehranda qadınlar
Tehranda qadınlar

İran Azərbaycanının Həmədan şəhərində məcburi hicab qaydalarına riayət edilmədiyi iddiası ilə bir iş yeri möhürlənib.

İnsan hüquqları sahəsində fəaliyyət göstərən HRA xəbər agentliyi bu barədə məlumat yayıb.

Həmədan iş adamları cəmiyyətinin sədri 22 may tarixində bu şəhərdə bir obyektin möhürlənməsi ilə bağlı xəbərdarlıq verib.

Onun verdiyi məlumata görə, bağladılan obyekt İranda məcburi hicab qanunlarını pozduğu üçün möhürlənib.

Rəsmi iş yerləri və ticarət obeyklərinin hansı şərtlərdə möhürlənməsi ilə bağlı deyib; bir iş yeri və ya ticarət obyekti hicab qanunlarına riayət etmədiyi təqdirdə onlara 3 dəfə bu qaydalara riayət etmələri ilə bağlı şifahi və yazılı xəbərdarlıq verilir. 3 dəfə xəbərdarlıq aldıqdan sonra bir iş yerində yenə də bu qanunlar pozulursa, o yer möhürlənir.

O, indiyə kimi 250 iş yeri və ticarət obyektinin bu mövzü ilə bağlı yazılı və şifahi xəbərdarlıq aldıqlarını bildirib.

İranda polis qüvvələrinin zorakılığı nəticəsində həyatını itirən Məhsa Əmininin ölümündən sonra ölkədə fərqli etirazlarla bərabər qadınlar məcburi hicab qanunlarına etiraz məqsədi ilə hicab taxmır.

İran İslam Respublikasının polis qüvvələrinin komandanı general Əhmədrza Radan aprelin 15-dən etibarən ölkədə "hicabsızlıqla mübarizə" adlı layihənin həyata keçirilməsi ilə bağlı məlumat vermişdi.

Bu layihənin başladığı gündən etibarən qadınların məcburi hicab qaydasını pozduğuna görə bir neçə iş yeri və ticarət obyekti hökümət tərəfindən möhürlənib.

XS
SM
MD
LG