2024-cü ildə Azərbaycanda maye karbohidrogenlərin gündəlik hasilatı 14 min barel artaraq orta hesabla 700 min barel olacağı proqnozlaşdırılır.
Bu barədə Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) aprelin 11-də dərc edilmiş hesabatında deyilir.
OPEC-in hesabatına görə, artımın “Şahdəniz”, “Abşeron” və “Ümid-Babək”, “Azəri-Çıraq-Günəşli” (yeddinci platforması hesabına) yataqlarında qaz-kondensat layihələri hesabına olacağı proqnozlaşdırılır.
Hesabata görə, ölkədə fevralda maye karbohidrogen hasilatı aylıq müqayisədə faktiki olaraq dəyişməyib, illik müqayisədə 62 min barel azalaraq orta hesabla 600 min barel səviyyəsinə çatıb.
Sənədə əsasən, maye karbohidrogenlərin Azərbaycanda gündəlik hasilatı (neft kondensatla birgə) bu ilin birinci rübündə 600 min barel səviyyəsində, qalan (II-IV) rüblərdə isə 700 min barel olacağı proqnozlaşdırılır.
Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə ixrac fevral ayında sutkada 79 min barel və ya demək olar ki, 15 faiz artaraq orta hesabla 618 min barel təşkil edib.
Xatırladaq ki, 2025-ci ildə OPEC Azərbaycanda kondensatla birgə neftin hasilatını 700 min barel səviyyəsində olacağını gözləyir.
Forum