Accessibility links

Günel Manaflı: Həyat yoldaşım Ruslan Izzətlinin həbsi siyasi fəaliyyəti ilə bağlıdır


Günel Manaflı (Mənbə: Sosial şəbəkə)
Günel Manaflı (Mənbə: Sosial şəbəkə)

“Mənzilimizdə axtarış tam qaydada qanuna zidd şəkildə aparıldı. Mənim axtarış aparan şəxsləri təqib etmək, video çəkiliş aparmaq hüququm olduğu halda buna qətiyyən icazə vermədilər. Hətta məni və balaca oğlumu bir otağa qapadıb, qapını örtdülər. Bundan başqa, evimizdən guya 4700 avro pul çıxardıblar. Onu özləri gətirib qoyublar. Vəkildən aldığım məlumata görə, Ruslan belə görməyib ki, onu haradan, necə çıxarıblar”.

Bu barədə Amerikanın Səsinə martın 8-də saxlanılan III Respublika Platformasının qurucu üzvü Ruslan İzzətlinin həyat yoldaşı Günel Manaflı bildirib.

Günel Manaflı: Həyat yoldaşım Ruslan Izzətlinin həbsi siyasi fəaliyyəti ilə bağlıdır
please wait

No media source currently available

0:00 0:03:07 0:00
Direct link

O deyib ki, axtarış tam qanuna zidd aparılıb.

“Hətta, mən onların olduğunu hiss edəndən sonra baldızıma zəng etdim ki, azyaşlı uşağımızı aparsın. Uşaq qorxmasın. Onu belə mənzilimizə buraxmadılar. Sadəcə uşağı qısa bir müddətdə psixoloji olaraq hazırlamağa çalışdım ki, qorxmasın”, o qeyd edib.

Günel Manaflı həyat yoldaşının təcili cərrahi əməliyyata ehtiyacı olduğunu bildirib.

Ruslan İzzətli-siyasətçi
Ruslan İzzətli-siyasətçi

“Ruslanın xəstəliyi artıq dərmanla bağlı deyil. Təcili cərrahi əməliyyat olunmalıdır. Sadəcə Ruslanda soyuqlama və çox güclü öskürək olduğu üçün iki həftədir ki, həkim əməliyyatı təxirə salırdı. Deyir ki, belə öskürəklə əməliyyat etmək olmaz. Öskürəyə qarşı dərman içirdi. Öskürəyi artıq azalmışdı, bir-iki günə cərrahın yanına getməliydik ki, əməliyyata göstəriş verirmi. Çünki ödü onu çox narahat edir. Öd həzm etmir. Ağrıları var idi. Vəziyyəti heç yaxşı deyil. Ödünün tam hissəsinə qədər tutmuş 11 milli ölçüdə daş var”.

Günel Manaflı həyat yoldaşının günahsız olduğunu deyib.

“Onun həbsi tam olaraq siyasi fəaliyyəti ilə bağlıdır. Barəsində irəli sürülən ittihamı qəbul etmirik. Hamısı şər-böhtandır. Sadəcə olaraq haqqı deyənləri susdurmağın bir yoludur ki, hər kəsin evinə xarici valyuta atıb, sonra da şərləyib həbs edirlər. Onu da qeyd edim ki, mənim həyat yoldaşım vətən uğrunda döyüşüb. İkinci Qarabağ müharibəsinin veteranıdır. İki medalı var. Müharibədə ölməyib sağ qayıdan Ruslanı indi türmədə öldürməyi planlaşdırırlar”, o qeyd edib.

Martın 6-da hüquq-mühafizə orqanları Toplum TV-nin, Demokratik Təşəbbüslər İnstitutunun, həmçinin III Respublika Platformasının ofislərində, əməkdaşlıarın evlərində axtarışlar aparıb. Axtarış zamanı ofisdə olan iyirmidən çox jurnalist və fəal polis tərəfindən saxlanılıb. Saxlanılanların bir hissəsi sərbəst buraxılsa da, Tolpum TV-nin jurnalistləri Fərid İsmayılova (polisin nəzarətinə verilməklə ev dustaqlığı imkana tədbiri seçilib), Müşfiq Cabbara, Elmir Abbasova (polisin nəzarətinə verilməklə ev dustaqlığı imkana tədbiri seçilib) və Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri, həmçinin III Respublika Platformasının spikeri Akif Qurbanova, eləcə də Əli Zeynala, Ramil Babayevə, İlkin Əmrahova qaçaqmalçılıq ittihamı ilə cinayət işi açılıb və barələrində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

Martın 8-də Toplum TV-nin əməkdaşı Ələsgər Məmmədli və III Respublika Platformasının qurucu üzvü Ruslan İzzətli qaçaqmalçılıq ittihamı ilə şübhəli şəxs qismində saxlanılıb.

Toplum TV-nin baş redaktoru Xədicə İsmayıl bildirib ki, “cinayət işinin hədəfi tənqidi səslərdir”.

Azərbaycan Daxili İşlər Nazirliyi martın 6-da Amerikanın Səsinə axtarışların “bir qrup şəxsin fəaliyyəti ilə bağlı daxil olan məlumat üzrə” aparıldığını bildirsə də, rəsmi qurumlar hələ də məsələ ilə bağlı ictimaiyyətə ətraflı açıqlama verməyib.

Akif Qurbanovun evində axtarış aparılarkən.
Akif Qurbanovun evində axtarış aparılarkən.

Amerikanın Səsinə şərhində Azərbaycan Milli Məclisinin deputatı Bəhruz Məhərrəmov ölkədə müstəqil mətbuata təhdidlərin olmadığını bildirib və son həbsləri milli təhlükəsizliyə hədə sayılan "beşinci kolon"-la əlaqələndirib.

ABŞ və Böyük Britaniya, Fransa həbslərlə bağlı “dərin narahatlıq” ifadə edib, Freedom House, Avropa Jurnalistlər Federasiyası, Sərhədsiz Reportyorlar da daxil olmaqla çoxsaylı beynəlxalq təşkilatlar həbsləri pisləyib.

“Azərbaycanı öz fundamental azadlıqlarından istifadə edənlərə qarşı təzyiqlərə son qoymağa və siyasi motivlərlə haqsız yerə həbs edilən bütün şəxslərin azadlığa buraxılmasına çağırırıq”, ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib.

Toplum TV 2016-ci ilin oktyabr ayından fəaliyyətə başlayan müstəqil informasiya resursudur. Əsas məqsədi insan hüquq və azadlıqlarını, ifadə azadlığını ön planda tutaraq cəmiyyətin obyektiv informasiya ilə təmin olunmasına xidmət etməkdir. Sayt həmçinin Demokratik Təşəbbüslər İnstitutunun (IDI) "Demokratiya Məktəbi" proqramının jurnalistika təlimlərində iştirak edən gənclərin peşəkarlıqlarını artırmaq üçün platforma rolunu oynayır.

Forum

Mövzuya uyğun

XS
SM
MD
LG