Accessibility links

Ruslan İzzətli: Hesabatlılıq, şəffaflıq yoxdursa korrupsiyanın bütün alətlərini Azərbaycanda görə bilərik


Ruslan İzzətli-siyasətçi
Ruslan İzzətli-siyasətçi

Siyasətçi Ruslan İzzətli Amerikanın Səsinə müsahibəsində Azərbaycanda korrupsiyanı yaradan səbəblər və korrupsiyaya qarşı mübarizənin üsullarından danışıb.

Amerikanın Səsi: Azərbaycan Beynəlxalq Şəffaflıq Təşkilatının dünya üzrə reytinqində irəliləyişə nail ola bilmir. Sizcə bunun səbəblərini harada axtarmaq lazımdır?

Ruslan İzzətli: Ümumiyyətlə korrupsiya nədir? Korrupsiyanın hansı formaları var? Buna diqqət etmək lazımdır. Korrupsiya səlahiyyətli şəxslərin öz vəzifələrindən sui-istifadə etməsidir. Korrupsiyanın bir çox formaları var. İri, siyasi, biznes korrupsiyası var. Çox təəssüf ki, ölkəmizdə bunların hər birinə rast gəlirik. Bunun hər birinin olmasının səbəbi şəffaflığın, hesabatlılığın olmamasıdır. Biz korrupsiya indeksinə baxanda hansı ölkələrdə korrupsiya daha çoxdur, hansı ölkələrdə korrupsiya daha azdır görürük ki, demokratik prinsiplərin təşəkkül tapdığı ölkələrdə korrupsiya daha azdır.

Amerikanın Səsi: Bir sıra ekspertlər ölkədə korrupsiyanı yaradan əsas səbəblərdən biri kimi məmur biznesini göstərir? Sizcə korrupsiyanın səviyyəsini azaltmaq üçün hansı addımlar atılmalıdır?

Ruslan İzzətli: Hesabatlılıq, şəffaflıq yoxdursa korrupsiyanın bütün alətlərini Azərbaycanda görə bilərik
please wait

No media source currently available

0:00 0:04:54 0:00

Ruslan İzzətli: Ölkədə demokratik prinsiplər təşəkkül tapmaldır. Demokratik ölkə korrupsiya ilə mübarizəni necə aparır? Bir çox formaları var. Qanunun aliliyi, ictimai aktivlik və seçki, peşəkar və azad media. Peşəkar və azad media təftiş edə bilir. Araşdıra bilir və problemləri ortaya çıxara bilir. Siyasi hakimiyyət bunu görür və problemi çözür. Seçkidə insanlar korrupsiyaya uğraşmış bir şəxsə və ya bir siyasətçiyə səs verə bilməz. İnsanlar seçkinin əsas prioritet olduğunu bildiyi üçün korrupsiyaya uğramır. Daha sonra qanunun aliliyidir. Məhkəmə müstəqil olmaldır ki, korrupsiya ilə məşğul olan biznesmen və yaxud vəzifəli şəxs bilsin ki, mühakimə edəcək azad və müstəqil məhkəmə var. Və ictimai fəallıq. Bu əsas saydığım institutlar ölkədə zəif inkişaf edəndə ölkədə korrupsiya daha çox tüğyan edir.

Amerikanın Səsi: Korrupsiyanın səviyyəsinin azaldılmasında hazırda vətəndaş cəmiyyəti təşkilatları qanedici rol oynaya bilirmi? Bu sahədə daha hansı işlər görülməlidir?

Ruslan İzzətli: Ölkədə sərt, avtoritar sistem olduğuna görə, demokratik prinsiplər məhv edilir. Demokratik prinsiplər məhv ediləndə insanların birləşmək azadlığı da məhv edilir. Vətəndaş cəmiyyəti necə yaranır? İnsanların birləşmə azadlığından bərqərar olması və birləşmə azadlıqlarını istifadə edərək vətəndaş cəmiyyətləri yaranır. Birləşmə azadlığı ölkədə məhv edilirsə, azad və peşəkar medianın fəaliyyət göstərilməsinin qarşısı alınırsa, təbii ki vətəndaş cəmiyyəti də passiv bir fəaliyyət göstərir. Bu gün avtoritar rejim daha da güclənir. Paralel olaraq isə, vətəndaş cəmiyyəti passiv bir durumdadır. Vətəndaş cəmiyyətlərin aktiv olduğu ölkələrdə korrupsiya az olur. Bunun üçün ölkədə demokratik prinsip və dəyərlər təşəkkül tapmalıdır.

Amerikanın Səsi: Son dövrlər ölkədə bir sıra yüksək vəzifəli şəxslər korrupsiya ittihamı ilə həbsə məhkum edilib. Onların vəzifələrinə daha cavan kadrlar təyinat alıb. Bu hallar korrupsiyanın səviyyəsinə təsir edibmi?

Ruslan İzzətli: Ümumiyyətlə mən onu xüsusi vurğulayım. İzləyicilərimizin də diqqətinə çatdırm ki, hakimiyyət tərəfi hər zaman bildirir ki, korrupsiya hər yerdə var. Bəli, korrupsiya hər yerdə var. Korrupsiyaya görə ölkələr fərqləndirilmir. Ölkələr korrupsiya ilə necə mübarizə apardığına görə fərqləndirilir. Azərbaycanda çox təəssüf ki, həbs edilən məmurların çoxu korrupsiya ilə köklü mübarizənin əsasında həbs edilmir. Başqa siyasi maraqlara görə həbs edilir. Ölkədə əgər məmur biznesinin olmasını istəmiriksə və ölkədə hesabatlılıq və şəffaf sisteminin olmasını istəyiriksə, deklorasiya haqqında qanun ölkədə tam və şəffaf işləməlidir. Heç bir məmur ölkənin prezidentindən tutmuş ta millət vəkilinə qədər çox təəssüf ki, öz əmlakları, gəlirləri barədə cəmiyyətə hesabat vermirlər. Hesabatlılıq, şəffaflıq yoxdursa, deklarasiya haqqında qanun işləmirsə korrupsiyanın bütün alətlərini ölkəmizdə görə bilərik.

Xatırlatma

Azərbaycanda son zamanlar bir sıra yüksək vəzifəli şəxs rüşvət və korrupsiya ittihamları ilə həbs edilib. Prezident İlham Əliyev bu il sentyabrın 14-də Şəmkir və Cəlilabad rayonlarına icra hakimiyyəti başçılarının təyinatı zamanı korrupsiyaya uğramış məmurlara qarşı münasibətin daha sərt olacağını bir daha bəyan edib.

Hüquq müdafiəçiləri, ekspertlər hesab edir ki, korrupsiyaya qarşı mübarizə "kosmetik" xarakter daşıyır.

Beynəlxalq tədqiqatlara görə, Azərbaycanda gizli iqsadiyyatın səviyyəsi çox yüksəkdir. Son illər hökumət bu sahədə islahatlar aparsa da, ekspertlər ölkədə monopoliyanın və məmur biznesinin hakim mövqedə olduğunu bildirir. Məhkəmə araşdırmaları zamanı həbs edilən məmurların dövlət büdcəsindən mənimsədiyi vəsaitlərin miqdarı on milyonlarla dollar hesablanır.

Transparency İnternational beynəlxalq şəffaflıq təşkilatının 2021-ci il üçün illik hesabatına görə, Azərbaycan korrupsiya indeksində 180 ölkə arasında 128-ci yerdədir. Ölkənin adı Avropada siyasətçilərin ələ alınması, habelə ali rəhbərliyin vəsaitlərinin yuyulması ilə bağlı bir neçə korrupsiya qalmaqalında yer alıb.

XS
SM
MD
LG