Accessibility links

Jurnalist məhkəmə qərarlarını ədalətsiz hesab edir


Rüfət Muradlı (Mənbə: Sosial şəbəkə)
Rüfət Muradlı (Mənbə: Sosial şəbəkə)

“Kanal 13” internet televiziyasının aparıcısı və Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyasının sədr müavini Rüfət Muradlı yanvarın 1-də azadlığa buraxılıb.

Rüfət Muradlı dekabrın 2-də İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 535.1-ci (polisin qanuni tələbinə tabe olmama) maddəsi ilə 30 sutka müddətinə həbs olunmuşdu.

Jurnalist Amerikanın Səsinə bildirib ki, ona qarşı irəli sürlən ittihamları qəbul etmir.

Rüfət Muradlı: Məhkəmə qərarları ədalətsizdir
please wait

No media source currently available

0:00 0:02:57 0:00
Direct link

“Təbii ki, itthamlarla razı deyiləm. Təəssüflər olsun ki, dekabrın 7-də apellyasiya məhkəməsi də birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxladı. Məhkəmələrin qərarları kifayət qədər ədalətsiz və absurddur. Hətta məhkəmələrdə mənim müdafiəmə belə imkan yaradılmadı. Mənim həbs edilməm o qədər primitiv qurulmuşdu ki, orada nə xuliqanlıqdan, nə də polisə müqavimətdən söhbət gedə bilməzdi. Çünki avtomobilimdən enəndən cəmi 30 saniyə sonra məni oğurladılar”, o qeyd edib.

Jurnalist məhkəmə qərarından Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət verəcəyini bildirib.

Rüfət Muradlı saxlanma şəraiti ilə bağlı şikayətçi deyil.

“Saxlanma yerində mənə qarşı hər hansı zorakılıq halı olmayıb, problemlə üzləşməmişəm. İnzibati həbsxananın rejimi necə idisə elə saxlanmışam. Təkadamlıq kamerada saxlanılmışam və sağ olsunlar kitabla təminatıma şərait yaratdılar”, o qeyd edib.

Jurnalist hazırda özü ilə bağlı hər hansı təhlükə hiss etmədiyini bildirib.

Muradlı deyib ki, həbsdə olarkən “Kanal 13” televiziyasının həbsdə olan rəhbəri Əziz Orucovun cinayət işi ilə bağlı şahid qismində dindirilib.

Əziz Orucov dekabrın 28-də həbs edilib. O, bir ildən üç ilə qədər azadlıqdan məhrum edilməsini nəzərdə tutan 188.2-ci (qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsində tikinti və ya quraşdırma işlərinin özbaşına aparılması) maddəsi ilə ittiham olunur.

Dekabrın 11-də məhkəmə qərarı ilə “Kanal 13”-ə giriş məhdudlaşdırılıb.

“Kanal 13” internet televiziyası 2008-ci il noyabrın 10-dan yayımlanır. Bu televiyanın YouTube kanalında 1 milyon 590 min abunəçisi var. Televizya YouTube kanalında 37 mindən çox video yerləşdirib.

Forum

XS
SM
MD
LG