Accessibility links

Jurnalistin həbsindən verilən şikayəti təmin edilməyib


Rüfət Muradlı
Rüfət Muradlı

Dekabrın 7-də Bakı Apellyasiya Məhkəməsi "Kanal-13" internet televiziyasının aparıcısı Rüfət Muradlının 30 sutka inzibati həbsindən şikayəti təmin etməyib.

Vəkil Nazim Musayev bildirib ki, Rüfət Muradlının həbsi üçün əsas yoxdur: "İnzibati xətanın törədilməsinə dair polis protokolundan başqa heç bir dəlil yoxdur. Orada yazılıb ki, Muradlı "nalayiq sözlər söyləyib", "polisə tabe olmamaq" barədə isə heç nə yoxdur. Xətai məhkəməsi istintaq aparmadan onu 30 sutka həbs edib", vəkil qeyd edib.

Bakı Apellyasiya Məhkəməsinin hakimi Fərid Eyyubov müdafiə tərəfin vəsatətlərinin heç birini, o cümlədən jurnalistlərin zala buraxılması barədə vəsatəti təmin etmədən həbs qərarını qüvvədə saxlayıb.

Rüfət Muradlı dekabrın 2-də 30 sutkalığa həbs edilib. Məhkəmə onu İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 535.1-ci (polisə tabe olmamaq) maddələrilə təqsirli bilib. "Sərhədsiz reportyorlar" və Jurnalistləri Müdafiə Komitəsi jurnalistin həbsini pisləyib və onu azad etməyə çağırıb.

Forum

XS
SM
MD
LG