Dekabrın 15-də ABŞ-ın Azərbaycandakı səfirliyi Bakıda kitabxanaya kitablar və DVD-lər bağışlayıb.
ABŞ səfirliyinin məlumatında deyilir ki, ABŞ-ın Bakıdakı səfirliyinin inzibati işlər üzrə müşaviri Endryu Berdi Səbail rayon mərkəzi kitabxanasına baş çəkib və kitabxanaya 250-dən çox ingilis dilində kitab və DVD bağışlayıb.
“Ümid edirik ki, Səbail rayonunda təhsil alan tələbələr bu kitablardan və DVD-lərdən faydalanaraq, öz ingilis dili bacarığını təkmilləşdirəcək”, səfirliyin məlumatında deyilir.
Xatırladaq ki, ABŞ səfirliyi son illərdə Azərbaycanda müəllimlər, tələbələr və şagirdlər üçün ingilis dilinin öyrənilməsi və tədrisi ilə bağlı onlarla layihələr həyata keçirib.
Forum