Accessibility links

Azərbaycan hərbçiləri ABŞ Müdafiə Dillər İnstitutunun ingilis dili kursunu başa vurub


Azərbaycan hərbçiləri ABŞ Müdafiə Dillər İnstitutunun ingilsi dili kursunu başa vurub (Mənbə: ABŞ səfirliyi)
Azərbaycan hərbçiləri ABŞ Müdafiə Dillər İnstitutunun ingilsi dili kursunu başa vurub (Mənbə: ABŞ səfirliyi)

48 nəfər Azərbaycan hərbçisi ABŞ Müdafiə Dillər İnstitutunun İngilis Dili Mərkəzinin ingilsi dili kursunu başa vurub.

ABŞ-ın Azərbaycandakı səfirliyinin məlumatında deyilir ki, ABŞ-ın müdafiə attaşesi, polkovnik Kayl Kone ABŞ Müdafiə Nazirliyinin beynəlxalq hərbi tərəfdaşlara ingilis dilinin tədrisi üzrə Müdafiə Dillər İnstitutunun İngilis Dili Mərkəzinin təlimatçılarının rəhbərlik etdiyi ingilis dili kursunu bitirən azərbaycanlı hərbi tələbələri təbrik edib.

Kayl Kone deyib ki, 48 məzunun ingilis dilini inkişaf etdirmək səyləri NATO-nun qarşılıqlı fəaliyyətinə nail olmaq və Birləşmiş Ştatlar ilə Azərbaycan arasında müdafiə əməkdaşlığının gücləndirilməsini davam etdirmək üçün mühüm əhəmiyyət kəsb edir.

Xatırladaq ki, Azərbaycan-ABŞ hərbi sahədə əməkdaşlığın inkişafı sahəsində bu il danışıqları davam etdirib.

Bu il iyunun 2-də Azərbaycanın müdafiə naziri Zakir Həsənovla ABŞ-ın müdafiə katibinin siyasi məsələlər üzrə müavini Kolin Kahlın arasında telefon danışığı olub. Telefon danışığı zamanı Azərbaycanla ABŞ arasında ikitərəfli hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.

Bu ilin aprelində Azərbaycan müdafiə nazirinin müavini və Hərbi Hava Qüvvələrinin komandanı Ramiz Tahirovun ABŞ-a səfəri zamanı bu ölkəninn hərbi rəsmiləri ilə 2002-ci ildə qurulmuş Dövlət Tərəfdaşlıq Proqramı çərçivəsində uzunmüddətli, qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri və ümumi ikitərəfli müdafiə əməkdaşlığı müzakirə edilib.

Forum

XS
SM
MD
LG