Accessibility links

ABŞ və Azərbaycan hərbi təhsil sahəsində əməkdaşlıq məsələlərini müzakirə edib


ABŞ və Azərbaycan hərbi təhsil sahəsində əməkdaşlıq məsələlərini müzakirə edib (Mənbə: NESA Mərkəzi )
ABŞ və Azərbaycan hərbi təhsil sahəsində əməkdaşlıq məsələlərini müzakirə edib (Mənbə: NESA Mərkəzi )

Ötən həftə ABŞ Müdafiə Nazirliyinin Yaxın Şərq və Cənubi Asiya Strateji Araşdırmalar Mərkəzinin (NESA) nümayəndələri peşəkar hərbi təhsil sektorunda əməkdaşlıq imkanlarını müzakirə etmək məqsədilə Azərbaycan Müdafiə Nazirliyinin Milli Müdafiə Universitetində olub.

Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi məlumat yayıb.

ABŞ Səfirliyi Azərbaycanın NATO ilə tərəfdaşlığa dair hədəfləri çərçivəsində Müdafiə Nazirliyinin müdafiə təhsili səylərini dəstəklədiyini bildirir.

NESA-nın məlumatında isə deyilir ki, professor Riçard E. Viersema və dekan müavini Çarlz B. Marksdan ibarət Yaxın Şərq və Cənubi Asiya (NESA) Strateji Araşdırmalar Mərkəzinin nümayəndə heyəti Azərbaycan Milli Müdafiə Universitetində, bu yaxınlarda Bakıda yaradılmış Milli Hərbi Tədqiqatlar İnstitutunda görüşlər keçirib.

“Görüşlər zamanı Bakıda ali məktəbdən tutmuş doktorantura səviyyəsinə qədər bir çox təhsil müəssisələrini birləşdirən yeni Milli Müdafiə Universitetinin yaradılması barədə ətraflı məlumat verilib. Tabeliyində olan hərbi təhsil müəssisələrinin əsas fəaliyyət istiqamətləri, strukturu və qarşıda duran vəzifələr nəzərdən keçirilib və müzakirə edilib. Tərəflər qurumlar arasında ikitərəfli əməkdaşlığın genişləndirilməsi imkanlarını və Azərbaycan Milli Müdafiə Universiteti ilə NESA Mərkəzi arasında uzunmüddətli əməkdaşlıq razılaşmasının inkişaf etdirilməsi perspektivlərini araşdırıblar”, ABŞ Müdafiə Nazirliyinin Yaxın Şərq və Cənubi Asiya Strateji Araşdırmalar Mərkəzinin məlumatında deyilir.

XS
SM
MD
LG