Accessibility links

ABŞ səfirliyi doktorantura tələbələri üçün Fulbrayt proqramını elan edib


Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı Səfirliyi 2024-2025-ci tədris ili üçün Doktorantura Tələbələri üçün Elmi Dərəcə Verməyən Fulbrayt Proqramını elan edib.

ABŞ-ın Azərbaycandakı səfirliyi bildirir ki, bu proqram azərbaycanlı fəal doktorantlara Amerika universitetlərinin birində bir tədris ili müddətində tədqiqat aparmaq imkanı verir.

“Doktorantlar 6-9 ay müddətində təqaüdlə təmin olunacaqlar. Fulbrayt proqramına istənilən ixtisasdan olan doktorantlar avqustun 20-dək müraciət edə bilərlər. İştirakçılar açıq, ləyaqətə əsaslanan müsabiqə yolu ilə seçilir. Bu nüfuzlu mükafat ABŞ universitetində təhsil və ödənişləri, aylıq yaşayış təqaüdünü, sağlamlıq sığortasını və beynəlxalq aviabiletləri əhatə edir”, məlumatda qeyd edilir.

Ərizəçilər Azərbaycan vətəndaşı olmalı və ya etibarlı Azərbaycan pasportuna malik olmaq üçün daimi rezident olmalıdırlar. ABŞ-da daimi yaşayanlar və ikili (Azərbaycan və ABŞ) vətəndaşlığı olan şəxslər müsabiqədə iştirak edə bilməz.

“Müraciət edənlər Azərbaycanda yaşamalıdırlar. Namizədlər ən azı magistr dərəcəsinə malik olmalı və Azərbaycan universitetlərinin Doktorantura proqramına daxil olmalıdırlar. Ərizəçilər şifahi və yazılı ingilis dilini bilməlidirlər (seçilmiş namizədlər seçim zamanı TOEFL imtahanı verəcəklər). Ərizəçilər J-1 vizası almaq hüququna malik olmalıdırlar ki, bu da qrant müddətinin sonunda qrant alanın minimum iki il ərzində Azərbaycana qayıtmasını tələb edir. Artıq ABŞ-da təhsil alan abituriyentlər Fulbrayt qrantı üçün uyğun deyillər”, səfirlik qeyd edir.

Rəsmi məlumatlara görə, hər il Azərbaycan tələbələri, tədqiqatçıları və müəllim heyətinə müxtəlif sahələrdə təxminən 15 Fulbrayt təqaüdü təqdim edilir.

"Azərbaycanda Fulbrayt proqramının məzunlar şəbəkəsində 180 Fulbrayt proqramının tələbəsi, 120 alim, 40 "Humphrey" proqramının mütəxəssisi və 50 TEA proqramının müəllimi ilə təmsil olunur.

Azərbaycanın təhsil naziri Emin Əmrullayev, BMT-nin Rezident Əlaqələndiricisi Ofisinin Tərəfdaşlıq və İnkişaf üzrə maliyyə müşaviri Şəms Mustafayeva, Qafqaz Regional Ekoloji Mərkəzinin proqram meneceri Tomris Bayramova və İqtisadi Tədqiqatlar Mərkəzinin təsisçisi Qubad İbadoğlu başda olmaqla məzunlarımızla fəxr edirik," ABŞ-ın Azərbaycandakı Səfirliyi 2021-ci ildə Fulbrayt Proqramının yaradılmasının 75-ci ildönümü və Azərbaycanda fəaliyyət göstərməsinin 26 illiyində qeyd edib.

XS
SM
MD
LG