Accessibility links

ABŞ Səfirliyi Beynəlxalq Təhsil Həftəsini qeyd edir


ABŞ Səfirliyi Beynəlxalq Təhsil Həftəsini qeyd edir (foto: ABŞ-ın Azərbaycandakı səfirliyi)
ABŞ Səfirliyi Beynəlxalq Təhsil Həftəsini qeyd edir (foto: ABŞ-ın Azərbaycandakı səfirliyi)

ABŞ-ın Azərbaycandakı səfirliyi noyabrın 14-18-də Beynəlxalq Təhsil Həftəsini qeyd edir.

Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi məlumat verir.

“Bu ilki mövzu “Fürsət üçün açıq” adlanır və bu, COVID-19 pandemiyasının təsirindən sonra Birləşmiş Ştatların tələbələrin ABŞ ali təhsil müəssisələrində dünya səviyyəli təhsil alması üçün açıq olduğunu vurğulayır,” məlumatda qeyd edilib.

Məlumatda vurğulanır ki, ABŞ ali təhsil sistemi rəqibsiz olaraq qalır və Azərbaycandan çoxlu istedadlı tələbələr də daxil olmaqla dünyanın hər yerindən gələcək liderləri cəlb etməkdə davam edir.

“Birləşmiş Ştatlarda tələbələr həmçinin bacarıq, bilik və onları əlaqədə qalmağa hazırlayan və karyera inkişafı üçün imkanlar açan şəbəkələrə çıxış əldə edirlər. Beynəlxalq təhsil dövrümüzün qlobal problemlərinin həlli üçün çox vacibdir və Birləşmiş Ştatlar ABŞ ali təhsil müəssisələrində müxtəlif mənşəli beynəlxalq tələbələri qəbul edir,” səfirliyin məlumatında qeyd edilib.

Qeyd edilir ki, noyabrın 14-də ABŞ-da “Açıq Qapılar 2022” İllik Məlumat Buraxılışı keçirilib.

Bununla bağlı Dövlət Katibinin Təhsil və Mədəniyyət məsələləri üzrə Köməkçisi video bəyanat yayıb.

ABŞ Səfirliyi 2021-2022-ci tədris ilində 728 azərbaycanlı tələbənin xaricdə təhsil almaq üçün ABŞ-ı seçdiyini, keçən illə müqayisədə otuz faizdən çox artdığını xatrıladır.

“Beynəlxalq Təhsil Həftəsini qeyd etmək üçün Səfirlik özünün beynəlxalq tələbə məsləhət şəbəkəsi olan EducationUSA vasitəsilə müxtəlif tədbirlərə ev sahibliyi edir. Həftə ərzində universitet imtahanları, maliyyə yardımı və qəbul prosesləri ilə bağlı məlumat sessiyaları virtual və üzbəüz təşkil olunacaq.”

Səfirlik həmçinin Baltimor qraflığında yerləşən Merilend Universitetinin Beynəlxalq Tələbələr və Alimlər Ofisinin direktoru Adam Culianın səfərinə sponsorluq edəcəyini bildirib.

“Cənab Culian 14-17 noyabr tarixlərində Bakı, Gəncə, Lənkəran və Mingəçevirə səfər edəcək və tələbələr, onların ailələri, Amerika guşəsinin auditoriyası, universitetin professor-müəllim heyəti və rəhbərliyi ilə söhbət edəcək. Cənab Julian beynəlxalq işə qəbuldan məsul olan və UMBC-nin 2500-dən çox beynəlxalq tələbə və alimini dəstəkləyən komandaya rəhbərlik edir. O, Birləşmiş Ştatlarda təhsil almaq məqsədlərinə çatmaq üçün beynəlxalq tələbələrə və onların ailələrinə dəstək olmaqda 15 ildən çox təcrübəyə malikdir. O, iki dəfə Fulbrayt qrantı laureatı və beynəlxalq təhsil sahəsində tez-tez məruzəçi və aparıcıdır,” ABŞ səfriliyi qeyd edib.

XS
SM
MD
LG