Accessibility links

ABŞ səfirliyi Fulbrayt Tələbə Proqramını elan edib


Fulbrayt Tələbə Proqramı
Fulbrayt Tələbə Proqramı

ABŞ-ın Azərbaycandakı Səfirliyi Fulbrayt Tələbə Proqramı üzrə 2017-2018-ci tədris ili üçün müsabiqə elan edir. Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin məlumatında deyilir.

ABŞ Dövlət Departamenti tərəfindən tam maliyyələşdirilən Fulbrayt Tələbə Proqramı azərbaycanlı gənclərin ABŞ universitetlərində magistr təhsili almaq üçün təqaüd proqramıdır. Bütün sahələr üzrə müraciət edən namizədlər arasında dövlət və yaxud özəl sektorda qayıdıb işləmək istəyini yaxşı nümunə nümayiş etdirənlər rəqabət əsasında təqaüdlə təltif olunacaq.

Tam ərizə paketinə daxildir: Ərizə forması, Tərcümeyi-halını (təhsil, iş təcrübəsi, karyera planları və s.) əks etdirən Esse, Təhsil almaq istədiyiniz sahə üzrə Esse, 3 Tövsiyyə məktubu, Ərizə verildiyi zaman mövcuddursa, Standartlaşdırılmış beynəlxalq test imtahanı nəticələri, Diplom və diploma əlavələr (onlayn təqdim edilməli, orijinal sənədlərin Səfirliyə təqdim edilməsinə ehtiyac yoxdur). Bütün sənədlər onlayn şəkildə aşağıda verilmliş link vasitəsilə təqdim olunmalıdır:
https://apply.embark.com/student/fulbright/international

Bütün ərizələr 15 iyul, 2016-cı il tarixindən gec olmayaraq təqdim edilməlidir.

Proqramda iştirak üçün uyğunluq tələbləri və qaydalar haqqında daha ətraflı məlumat üçün səfirliyin veb səhifəsinə daxil olun: http://azerbaijan.usembassy.gov/edu2/fulbright-student.html

Hər hansı bir sualınız var? Elektron poçt vasitəsilə (bakuEducation@state.gov) və yaxud telefon nömrəsi ilə əlaqə saxlayın (4883300 dax. 3555) və yaxud Fulbrayt Proqramı haqqında Məlumat Sessiyasına qoşulun.

XS
SM
MD
LG