Accessibility links

ABŞ Səfirliyi Azərbaycanda universitet müəllimləri üçün Virtual Peşəkar İnkişaf kursları təşkil edib

Aprelin 5-dən etibarən Bakı Amerika Mərkəzinin ABŞ-ın Azərbaycandakı Səfirliyinin dəstəyi ilə universitet müəllimləri üçün təşkil etdiyi 10 həftəlik Virtual Peşəkar İnkişaf kursları proqramı başa çatıb.

ABŞ Səfirliyinin məlumatına görə, ingilis dili üzrə ekspert Vilyam Kennedi ali məktəb müəllimlərinin tədris yanaşmaları, sinif idarəetmə strategiyaları, sözlük və məna çatdırma metodları kimi mövzuları əhatə edən sessiyalara rəhbərlik edib.

Kurslarda həmçinin ingilis dilinin tədrisində kommunikativ yanaşma, ingilis dili dərslərində mədəni çərçivə, ingilis dilində səhv korreksiyası texnikası, orijinal mətnlə işləməyə ən yaxşı yanaşmalar kimi metodologiyalar da tədris edilib.

Proqramda müxtəlif universitetləri təmsil edən 35 müəllim iştirak edib. Onlardan 20-si sertifikat əldə edib.

XS
SM
MD
LG