Accessibility links

Qarabağda Rusiya hərbçisi həlak olub


Rusiya sülhməramlıları Qarabağda
Rusiya sülhməramlıları Qarabağda

Rusiya sülhməramlı kontingentinin BTR-82 tipli zirehli transportyorunun Qarabağdakı dağ yolunda aşması nəticəsində bir hərbçi həlak olub.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, qəza nəticəsində Rusiya Silahlı Qüvvələrinin bir hərbçisi həlak olub, ikisi orta və ağır xəsarətlər alıb.

“Azərbaycan tərəfinin iştirakı ilə xəsarət alan sülhməramlılara tibbi yardım göstərilib. Xəsarət alan hərbçilər sonrakı müalicə üçün hava yolu ilə Rusiya sülhməramlı kontingentinin hospitalının tibb müəssisəsinə aparılıblar”, məlumatda qeyd edilir.

2020-ci il noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya liderləri Azərbaycan və Ermənistan arasında 44 gün davam edən döyüşlərin dayandırılması barədə üçtərəfli bəyanat imzalayıb.

Həmin bəyanata uyğun olaraq Dağlıq Qarabağdakı (hazırda Qarabağ iqtisadi rayonu) təmas xətti və Laçın dəhlizi boyunca Rusiyanın 1960 sayda hərbi qulluqçudan ibarət odlu silahlı sülhməramlı kontingenti, 90 zirehli transportyoru, 380 ədəd avtomobil və xüsusi texnikası yerləşdirilib. Bəyanata uyğun olaraq sülhməramlı kontingent 2025-ci ilədək Qarabağda fəaliyyətini davam etdirməlidir.

2023-cü il sentyabrın 19-20-də Azərbaycanın Qarabağda keçirdiyi əməliyyatdan sonra regionun erməni əhalisi kütləvi şəkildə Ermənistana köç edib.

İndiyədək Rusiya sülhməramlı kontingenti azı 8 hərbçisini itirib. Onlardan bir nəfəri mina partlaması, 6 nəfəri bu il sentyabrın 20-də Azərbaycan Ordusunun dumanlı hava şəraitində səhvən atəş açması nəticəsində, daha bir nəfəri isə bu il dekabrın 11-də qəza nəticəsində həlak olduqları bildirilir.

Forum

XS
SM
MD
LG