Accessibility links

Azerinfo.az internet xəbər saytının rəhbəri həbs edilib


Dekabrın 11-də “azerinfo.az" internet xəbər saytının rəhbəri İbrahim Hümbətov (İbrahim Qubadoğlu) saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Amerikanın Səsinə bildiriblər ki, İbrahim Hümbətov vətəndaşlardan daxil olan müraciətlər əsasında polis əməkdaşları tərəfindən saxlanılıb.

“Sayt rəhbəri ayrı-ayrı şəxslər barəsində müxtəlif rüsvayedici xəbərlər yayaraq sonradan həmin xəbərlərin silinməsi üçün hədə-qorxu yolu ilə pul tələb etməkdə ittiham olunur. Onun barəsində Cinayət Məcəlləsinin təkrar hədə-qorxu ilə tələb etmə maddəsi üzrə cinayət işi qaldırılaraq 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib,” məlumatda qeyd edilir.

İbrahim Hümbətovun vəkili və yaxınları onun həbsi ilə bağlı hələ şərh verməyib.

Bununla yanaşı, azerinfo.az saytında çoxsaylı vəzifəli şəxslər barəsində ittihamedici yazılar dərc edilib.

Son günlər eyni ittihamla Gəncə şəhərində fəaliyyət göstərən “dunyaninsesi.az” saytının rəhbəri Ərşad İbrahimov da həbs edilib.

Forum

XS
SM
MD
LG