Accessibility links

Urmiyə gölü İran hökumətinin kənd təsərrüfatı siyasətinin qurbanıdırmı?


Urmiyə gölü
Urmiyə gölü

İran mediası "Urmiyə gölü öldü" və "gölün ölümünə bir addım qalmış" kimi başlıqları ilə İranın bu ən böyük gölünün acınacaqlı vəziyyəti barədə məlumat versə də, hökumət rəsmiləri bu gölü xilas etmək üçün səylərini davam etdirəcəkləri barədə vədlər verməyə davam edir.

Lakin yayımlanan görüntülərin göstərdiyi budur ki, İran mediasının manşetləri reallığa yaxındır və ölkə rəsmilərinin gölün qurumasından xilas edilməsi ilə bağlı təxminən iyirmi ildir verdiyi vədlərə şübhələri daha da artırıb.

Etemad qəzeti Urmiyə gölü ilə bağlı yayımladığı son məqaləsində gölü suyunun 4%-nin qaldığını və su səviyyəsinin sadəcə 170 kvadrat kilometrə çatdığını bildirib.

Bu qəzetdə yayımlanan hesabata görə, son bir ildə gölün suyunun təxminən 80%-i quruduğunu bildirərək, təqdim etdiyi rəqəmlərə görə, onun vəziyyətini “qəti ölüm” ilə eyni olduğunu qeyd edib. Tehranın Şərif Texnologiya Universitetinin tədqiqatından əldə edilən bu rəqəmlər və peyk görüntüləri Etemad qəzetinə təqdim olunub.

İranın Etemad qəzeti; 2015-ci ilin noyabrından Urmiyə gölünün su səviyəsi göstərilir
İranın Etemad qəzeti; 2015-ci ilin noyabrından Urmiyə gölünün su səviyəsi göstərilir

Heç bir dövlət qurumu bu gölün su səviyyəsi ilə bağlı dəqiq məlumat vermir. Həmçinin hökumət rəsmiləri hələ ki, göl ilə bağlı reallığa yaxın yanaşma nümayiş etdirmir və gölün qurumadığı və canlandırma prosesinin davam etdiyini deyirlər.

Misal üçün Qərbi Azərbaycan valisi Məhəmməd Sadiq Motamediyan noyabrın 24-də mətbuata verdiyi açıqlamada deyib ki, gölün canlandırılması üçün 25 layihə hazırlanıb və rayonun artıq sularının gölə ötürülməsi planları həyata keçirilir. "Təbriz şəhərinin təmizlənmiş tullantı suyunun 170 milyon kubmetrinin Urmiyə gölünə ötürülməsi düşünülür"- deyə, vali ifadə edib.

Köçürülən suyun miqdarı baxımından gölün bərpasına cüzi təsir göstərən bu layihələrə baxmayaraq, gölün hövzəsində əkinçiliyin su sərfiyyatı son illərdə artmış və bu məsələ vali tərəfindən bir neçə dəfə dilə gətirilmişdir.

"Təəssüflər olsun ki, kənd təsərrüfatı ərazisinin genişlənməsi və çox su aparan məhsulların becərilməsini Urmiyə gölünün suyunun azalmasında təsirli olub"- deyə, Motəmediyan bildirib.

Qərbi Azərbaycanı valisinin bu açıqlamaları hökumətin Urmiyə gölünün su hövzəsi ərazisində kənd təsərrüfatında su istehlakının azaldılmasına dair heç bir tədbir almadığını göstərir.

Urmiyə gölü ilə bağlı statistik məlumatlar və rəqəmlər nəinki su sərfiyyatının azaldılması üçün monitorinq tədbirlərinin həyata keçirilmədiyini, hətta onun qurumasını sürətləndirən göllə bağlı tədbirlər görüldüyünü göstərir. O daha əvvəl Urmiyə gölünün su hövzəsinin 90%-nin kənd təsərrüfatı sektorunda istifadə edildiyini, son 15-16 ildə əlavə olaraq 140 min hektardan çox ərazinin də kənd təsərrüfatına ayırıldığını bildirmişdi.

Qərbi Azərbaycan vilayətində alma məhsulu son illərdə istehsalı artan və hökumət tərəfindən becərilməsi dəstəklənən məhsullardan biri olub. İLNA xəbər agentliyi vilayətin Kənd Təsərrüfatı İdarəsinin rəisi Xosrov Şahbaziyə istinadən xəbər verir ki, ölkədəki almanın 30%-i bu vilayətdə istehsal olunur. Şahbazi vilayətin xarici ölkələrə alma ixracında birinci olduğunu və illik 1 milyon 500 min ton alma istehsal edildiyini açıqlayıb. Digər meyvələrə nisbətən daha çox su sərf edən məhsul olan alma, son illər ərzində su böhranı yaşayan bu vilayətin əsas kənd təsərrüfatı məhsullarından biridir.

İranda bəzi elmi araşdırmalar göstərir ki, hökumətin kənd təsərrüfatının inkişafı siyasətində, su ehtiyatlarının çatışmazlığına kifayət qədər diqqət yetirməməsi bu sahədə dayanıqlı inkişaf standartlarını ciddi şəkildə pozub. Ölkədə kənd təsərrüfatında bu tendensiya iqlim dəyişikliyinə və su ehtiyatlarının qorunmasında laqeydlik, ekspertlər və ekoloji fəallar arasında gələcək haqqında narahatlıq yaradır.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Suriya hakimiyyəti ölkədəki silahlı qrupların ləğv ediləcəyni bildirir
please wait

No media source currently available

0:00 0:11:30 0:00
XS
SM
MD
LG