2022-ci ilin iyul ayında İran Azərbaycanının müxtəlif şəhərlərində Urmiyə gölündə yaranmış ekoloji vəziyyətə etiraz olaraq keçirilən aksiyalar zamanı Təbrizdə nəzarət altına alınmış 16 nəfər haqqında məhkəmə qərarı çıxarılıb.
İnsan haqları üzrə fəaliyyət göstərən HRA agentliyi və Abbas Lisani Telegram kanalı kimi mənbələrə istinadən, 2 nəfərin təqsirkar olduğuna dair qərar çıxarılıb, 14 vətəndaşın məhkəmə işinə isə xitam verilib.
Təqsirkar hesab edilən Yunus Quluzadə və İbrahim Asmaninin məhkəmə prosesinin davam edəcəyi bildirilib.
2022-ci ilin iyul ayında İran Azərbaycanında Urmiyə gölü üçün keçirilən etiraz aksiyaları zamanı çox sayda vətəndaş nəzarət altına alınıb və bir müddət sonra müvəqqəti olaraq sərbəst buraxılmışdı.
HRA agentliyi məhkəmə işinə xitam verilən vətəndaşlardan Vəhid Muxtari, Məhsa Purdadaş, Abbas Bəxtavər, Cəlal İntizari, Məhəmməd Muhəssili, Həmid Purvəli, Cəlal Dehqan, Əlirza Böyük, Əlirza Məqsudi, Mehdi Miri, Hüseyn Əliməhəmmədi, Əlirza Fəth və Mehdiyə Purabbasın adlarını qeys edib.
2022-ci il iyul ayının 16-da İran Azərbaycanının müxtəlif şəhərlərində Urmiyə gölündə vəziyyətlə əlaqədar etiraz kampaniyaları təşkil olunmuşdu. Həmin gün Urmiyədə küçə aksiyası baş tutmuşdu. Urmiyə, Təbriz, Ərdəbil, Sulduz və Qoşaçay kimi şəhərlərdə onlarla vətəndaş nəzarət altına alınmışdı.
Forum