Accessibility links

Məcid Araz: Urmiyə gölü adına açıqlanan layihələrin bir çoxu xalqın gözünü boyamaq üçün idi


Məcid Araz
Məcid Araz

Siyasi fəal Məcid Araz Amerikanın Səsinə müsahibədə İran dövlətinin Urmiyə gölü siyasətini dəyərləndirib. Araz deyir ki, İran dövlətinin Urmiyə gölü adına açıqladığı layihələr ümumiyyətlə "əhalinin gözünü boyamaq" və ya "Sepah kimi qurumları resurslarla təmin etmək" istiqamətində olub.

Məcid Araz Urmiyə gölü məsələsi ilə bağlı dövlətin ətraf mühit siyasətlərindən irəli gələn üç qatlı bir problem olduğunu önə çəkir.

"İranda bu çevrə məsələsində üç qatlı bir problem mövcuddur. Birincisi İran dövlətinin ümumi plansızlığı, proqramsızlığı və yanlış idarəetməsidir. Bu İranın hər yerində var. Problemin ikinci qatı budur ki, İranda bunlar qaynaqları daha çox fars bölgələrinə yönləndirməyə çalışır. Üçüncüsü bu ki, İran hakimiyyəti bəzi bölgələrdə spesifik olaraq ekoloji böhranlardan geosiyasi silah kimi istifadə etməyi də proqrama qoyur", siyasi fəal deyir.

Məcid Araz: Urmiyə gölü adına açıqlanan layihələrin bir çoxu xalqın gözünü boyamaq üçün idi
please wait

No media source currently available

0:00 0:14:47 0:00
Direct link

Məcid Araz əlavə edir ki, "hakimiyyət gəlir bəlli bölgələrdə ekoloji böhranı yaradaraq torpaqları məsələn ərəblərdən alır və oranın etnik demoqrafiyasını dəyişdirir. Bəlli bölgələrin suyunu çəkir ki, oradan məsələn neft çıxarsın. Urmiyə gölü məsələsində də bu növ siyasətin olduğu hiss edilir".

2010-cu illərdən bəri Urmiyə və Təbriz başda olmaqla, İran Azərbaycanının müxtəlif şəhərlərində dövlətin Urmiyə gölü siyasətinə qarşı təşkil olunan etiraz kampaniyaları ilə əlaqədar çox sayda vətəndaş həbs, mühakimə və digər təzyiqlərə məruz qalıb.

"Keçən 15 il boyunca İran dövlətinin bu etirazlara qarşı iki taktikası olub. Birincisi, etirazları basdırmaq. Təhlükəsizlik metodları ilə etirazları yatırmaq. İkinci taktikası da xalqın gözünü boyamaq üçün zahirdə bir sıra layihələr başlatmaq. Məsələn bunlar gəlib Urmiyə gölünü canlandırmaq mərkəzi yaratdılar. Bu mərkəz də gəldi bir sıra işlər gördü, təkliflər verdi və ortaya layihələr çıxardı. Amma bunların heç birinin nəticəsi olmadı", siyasi fəal qeyd edir.

Onun fikrincə, Urmiyə gölü adına açıqlanan bir çox layihə əsasən Sepah kimi qurumlara resurs təmin etmək məqsədi ilə başladılıb:

"Hakimiyyət eyni zamanda maliki olduğu şirkətlərə, Sepahın tərkibində olan şirkətlərə pul qaynağı, renta qaynağı olan layihələrə üstünlük verdi. Yəni, bunlar hər halda gölə faydalı olan layihələrdən çox böyük pullar götürə bilməyəcəkdi. Yəni, verimli layihələr yerinə gedib, verimsiz amma onlara pul qaynağı olan layihələrə yönəldilər."

Məcid Araz Urmiyə Gölünü Canlandırma Mərkəzinin başlatdığı bir çox layihənin uğursuz olmasının siyasi məna daşıdığını irəli sürür.

O əlavə edir ki, "nədən İranın mərkəzində çox böyük su layihələri nəticələnə bilir, amma Azərbaycanda bu qədər önəmli bir problemdə 27 layihədən heç birisi doğru-düzgün bir nəticəyə çatmır. Burada insan istər-istəməz bu sualı soruşur ki, əcəba burada bir qəsd və qərəzmi var?"

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Tramp baş prokuror vəzifəsinə yeni namizəd nominasiya edib
please wait

No media source currently available

0:00 0:11:25 0:00
XS
SM
MD
LG