Accessibility links

Təbriz küçələrində Urmiyə gölü haqda şüarlar yazılıb


 Təbriz, Urmiyə gölü afişaları
Təbriz, Urmiyə gölü afişaları

Milli fəallar Urmiyə gölünün vəziyyəti ilə bağlı insanlar arasında maarifləndirmək məqsədi ilə Təbrizdə afişalar quraşdırıblar. Urmiyə gölünün vəziyyəti ilə bağlı maarifləndirmə fəaliyyətləri hələ də, milli fəallar tərəfindən həyata keçirilir.

Sosial medida paylaşılan görüntülərə görə, “Urmu gölünün qurudulması Azərbaycanın qarətinin başlanmasıdır” yazısının yer aldığı şüarlar Təbrizin müxtəlif küçələrində yerləşdirilib.

Bu ilin avqust ayından etibarən güneyli fəallar İranın Azərbaycan şəhərlərində Urmiyə gölünün vəziyyəti ilə bağlı ictimaiyyəti məlumatlandırmaq üçün tədbirlər həyata keçiriblər.

Təbriz, Urmiyə gölü afişaları
Təbriz, Urmiyə gölü afişaları

Yay müvsümündə gölün tamamilə quruması təhlükələri ilə bağlı ictimai rəyi cəlb etmək məqsədi ilə məqalə yazmaq, klip hazırlamaq, şəhərlərdə afişa quraşdırmaq, şəhər təmizliyi və dağçılıq kimi müxtəlif fəaliyyətlər həyata keçirildi. Lakin maarifləndirmə məqsədi ilə həyata keçirilən tədbirlər dinc xarakter daşısa da, təhlükəsizlik qüvvələrinin milli fəallara qarşı təzyiqləri həbslər və təhdidlər ilə müşayiət olundu.

Təbrizdə bir qrup qadın Təbrizdə iki mitinq keçirərək, Urmiyə gölü və onun canlandırması zərurəti üçün şüarlar səsləndirdilər, ancaq İran İslam Respublikasının təhlükəsizlik qüvvələri tərəfindən çağırılaraq təcridxanada saatlarla sorğu-suala çəkilib təhdid edildilər.

İbrahim Rəisinin hökumətinin vəzifəyə gəldikdən sonra, Urmiyə Gölünü Canlandırma Mərkəzi ləğv edildi və əvəzində Urmiyə gölünü xilas etmək üçün milli işçi qrupu təşkil edildi. Bu işçi qrupunun rəhbərliyi Qərbi Azərbaycan valisi Məhəmməd Sadiq Motəmediyana həvalə edilib. Yeni təşkil olunmuş işçi qrupu gölün suyunun miqdarı barədə dəqiq və mütəmadi olaraq məlumat vermir.

Bununla belə, yarı rəsmi İSNA xəbər agentliyinin xəbərinə görə, Qərbi Azərbaycan valisi Motəmediyan göllə bağlı televiziya proqramında verdiyi son açıqlamada, Urmiyə gölünün su hövzəsinin 90%-nin kənd təsərrüfatı sektorunda istifadə edildiyini bildirib. Onun sözlərinə görə, son 15, 16 ildə əlavə olaraq 140 min hektardan çox ərazi kənd təsərrüfatına ayırılıb.

Qərbi Azərbaycanda və ümumilikdə İranda kənd təsərrüfatında ənənəvi suvarma üsullarından istifadə edilir. Bununla belə, Urmiyə gölü hövzəsindəki ərazidə çox su aparan məhsulların əkilməsi də bu məsələdə düzgün idarəetmənin olmadığını göstərir.

Belə görünür ki, İran hökumətinin Azərbaycanda, İranda əkinçilik tərzini dəyişmək planı yoxdur, çünki kənd təsərrüfatında su ehtiyatlarının istehlakı ilə bağlı Qərbi Azərbaycan valisinin bu sözləri yeni deyil və Qərbi Azərbaycan Regional Su Şirkətinin direktoru Kiyumərs Daneşcu, 2016-cı ilin iyun ayında tamamilə oxşar rəqəmlər təqdim etmişdi. Bu illər ərzində nəinki ölkədəki hökumətlər bölgədə əkinçiliyin və suvarma üsullarının dəyişdirilməsi üçün heç bir tədbir görməyib, həm də bu illər ərzində əkin sahələrinin artırılması və çox su aparan məhsulların əkilməsi, gölün vəziyyətinin yaxşılaşdırılmasına və su ehtiyatlarının düzgün idarə olunmasına kifayət qədər iradə olmadığını göstərir.

Forum

XS
SM
MD
LG