Accessibility links

Təbrizdə Urmiyə gölü ilə bağlı etiraz aksiyası keçirilib


Təbrizdə Urmiyə gölünün vəziyyətinə etiraz aksiyası keçirilib
Təbrizdə Urmiyə gölünün vəziyyətinə etiraz aksiyası keçirilib

Azərbaycanlı qadınlar Təbrizdə Urmiyə gölünün vəziyyəti ilə əlaqədar etiraz aksiyası keçiriblər.

Sosial mediada yayımlanan videolarda görünür ki, onlarla azərbaycanlı etirazçı qadın Təbrizdə Şərqi Azərbaycanın Təbii Sərvətlər və Su Hövzələri İdarəsinin qarşısında Urmiyə glünün vəziyyətinə etiraz aksiyası keçirib.

Bu gün, avqustun 12-də Təbrizdə etiraz aksiyası keçirən qadınlar Urmiyə gölünün ağır vəziyyətinə və yaxın həftələrdə onun tamamilə quruması ehtimalına etiraz edərək, Urmiyə gölünün canlandırılmasına dəstək məqsədilə şüarlar səsləndiriblər.

Türk qadınlar etiraz aksiyasında "Urmu gölü susuzdur", "səddləri sındırın Urmu gölünü doldurun" və "səddləri açdırın Urmu gölün doldurun" şüarları səsləndirdirib.

Sentinel-2 peykindən alınmış foto
Sentinel-2 peykindən alınmış foto

Son həftələr İran Azərbaycanında milli fəallar və ətraf mühit fəalları gölün qurumasının mənfi ekoloji nəticələri barədə xəbərdarlıq edən plakatlar və vərəqələr paylayırlar.

Urmiyə gölü ilə bağlı maarifləndirmə ilə bağlı İran Azərbaycanı şəhərlərində həyata keçirilən tədbirlər Qərbi Azərbaycan valisi və İslam İnqilabı Keşikçiləri Korpusunun sözçüsü tərəfindən reaksiyalara səbəb olub.

Ekspertlər Urmiyə gölünün sentyabr ayının sonuna qədər tamamilə quruya biləcəyi barədə xəbərdarlıq verib. Gölün tamamilə quruması nəticəsində bölgədə yaşayan təxminən 15 milyon insanın həyatı bir çox ekoloji fəlakətlə üz-üzə qalacağı bildirilir.

İran azərbaycanında xalq arasında gölün qəsdən hökumət tərəfindən qurudulduğuna dair bir fikir olsa da, İran hökumət rəsmiləri gölün qurumasını iqlim dəyişikliyi və quraqlıqla əlaqələndirirlər.

Forum

XS
SM
MD
LG