Oktyabrın 20-də sosial medida paylaşılan videogörüntüdə təhlükəsizlik qüvvələrinin nəzarətində olan milli fəal Yürüş Mehrəlibəylinin ailəsi həbs olunan fəalların azadlığa buraxılmasını tələb edib.
Yayımlanan videoda, Yürüş Mehrəlibəylinin anası Sarıgül xanım, digər həbs olunan fəalların ailə üzvləri ilə birlikdə, mili fəalların azadlığını tələb ediblər.
Yürüş Mehrəlibəylinin anası "Mənim 13 balamı azad edin" deyib, ardından digər məhbusların ailə üzvləri həbs olunan fəalların adlarını çəkiblər. Onlar həmçinin təhlükəsizlik qüvvələrinin nəzarətin saxlanılan fəalların adların əllərində tutaraq, 2 aydan artıq təcridxanada sorğuya çəkilən fəalların həbsini qınayıblar.
Murtuza Nurməhəmmədi sentyabrın 9-da Sufiyan şəhərinin Qeydiyyat İdarəsində təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib. Onun müvəqqəti azadlığa buraxılması üçün mülki zəmanətin qəbul edilməsinə razılıq verilmir.
İran İslam Respublikasının təhlükəsizlik qüvvələri Təbriz şəhərində sentyabrın 13-də Araz İbrahimnejad, Davud Şiri, Əli Babayi, Cavad Sudbər, Əmir Hüseyn Aqayi və Seyid Məhəmmədrza Müvəhhidini həbs edib.
Sentyabrın 14-də Təbrizdə milli fəal Mehrdad Qadirinin həbs edildiyi bildirilib.
Sentyabrın 23-də milli fəal Hüseyn Azadi Təbrizin Bağmeşə məhəlləsində təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.
Oktyabrın 2-də siyasi fəal İbrahim Əvəzzadə Tehranda təhlükəsizlik məmurları tərəfindən nəzarət altına alınıb.
Avqust ayında isə təhlükəsizlik qüvvələri Azərbaycan xalq rəqsləri müəllimi Peyman İbrahimini evində döyərək həbs etmişdi. Peyman İbrahimi oktyabrın 25-də təqribən 2 ay müddətinə nəzarətdə qaldıqdan sonra zəmanət qarşılığında müvəqqəti olaraq sərbəst buraxılıb.
Ərdəbil sakini milli fəal Nasir Rəzmcu oktyabrın 21-də bu şəhərin təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. Rəzmcunun Ərdəbildən Təbriz Kəşfiyyat İdarəsinə köçürüldüyü və hazırda sorğu-suala çəkildiyi bildirilir.
Siyasi fəal Yürüş Mehrəlibəyli noyabrın 7-də Culfa şəhərində təhlükəsizlik qüvvələri tərəfindən həbs edilərək, Təbriz Kəşfiyyat İdarəsinin təcridxanasına köçürülüb. O, bir həftə sonra ailəsi ilə bir dəqiqəlik qısa telefon əlaqəsi saxlaya bilib. Həmin gün əslən Marağa şəhərindən olan milli fəal Hamid Yeganəpur Təbrizdə həbs edilib. O, ürək xəstəliyindən əziyyət çəkir və sağlamlıq vəziyyətinin təcridxanada pisləşməsi, milli fəallar tərəfindən narahatlıqla qarşılanıb.
Təhlükəsizlik qüvvələrinin güneyli milli fəallara qarşı təzyiqləri kəskin şəkildə artıb və 11 milli fəalın nəzarət müddəti dəfələrlə məhkəmə orqanları tərəfindən uzadılıb.
Forum