Accessibility links

Təbrizdə saxlanılan milli fəalların nəzarət müddəti bir ay uzadılıb


Təbrizdə 6 milli fəal həbs edilib
Təbrizdə 6 milli fəal həbs edilib

Təbriz İnqilab Məhkəməsi keçən sentyabr ayında həbs edilən milli fəalların nəzarət müddətini əlavə olaraq bir ay uzadıb.

İnsan haqları fəalı Sina Yusifi bu məsələ ilə bağlı X (keçmiş Twitter) hesabında bildirib ki, oktyabrın 23-də həbs olunanların ailələri Təbriz İstintaq Məhkəməsinin 15-ci Şöbəsinə gedərək, həbs olunanların həbs müddətinin bir ay uzadıldığı barədə məlumat alıblar.

Bu xəbərin ailələrin arasında qəzəb və narahatlığa səbəb olub.

Vəkil Yusifinin yaydığı məlumata görə, nəzarət müddətinin bu qədər uzadılması məhbusların ailələri ilə məhkəmə müstəntiqi Musəvi arasında şifahi qarşıdurmaya səbəb olub.

"Əvvəlcə müstəntiq ailələri qovmaq üçün təhqiramiz ifadələr işlədib. Yenə də onlar möhkəm müqavimət göstərəndə hadisə yerinə Prokurorluğun mühafizə hissəsindən və polisdən əlavə qüvvələr məhkəməyə cəlb olunub" - deyə, vəkil qeyd edib.

Hüquq müdafiəçisi Sina Yusifinin bildirdiyinə görə, saxlanılan milli fəalların çox sayda ailə üzvlərinin prokurorluq məsulları ilə şifahi qarşıdurma fonunda müstəntiq açıq şəkildə "Təbriz Kəşfiyyat İdarəsi ilə əlaqədar səlahiyyəti olmadığını və təhlükəsizlik qüvvələrinin göstərişi ilə hərəkət etdiyini" deyib.

Vəkil Yusifi həmçinin milli fəalların ailələrinin Təbriz Kəşfiyyat İdarəsinin qarşısında "güclü bir etiraz mitinqi" təşkil etməyi düşündüklərini də qeyd edib.

Murtuza Nurməhəmmədi sentyabrın 9-da Hunay adlı övladına şəxsiyyət vəsiqəsi almaq üçün qeydiyyat idarəsinə müraciət etdiyi zaman təhlükəsizlik agentləri tərəfindən həbs edilib.

İran İslam Respublikasının təhlükəsizlik qüvvələri Təbriz şəhərində sentyabrın 13-də Araz İbrahimnejad, Davud Şiri, Əli Babayi, Cavad Sudbər, Əmir Hüseyn Aqayi və Seyid Məhəmmədrza Müvəhhidini həbs edib.

Bir gün sonra digər milli fəal Mehrdad Qadirinin həbs edildiyi bildirilib.

Sentyabrın 23-də isə Hüseyn Azadi Təbrizin Bağmeşə məhəlləsində təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib. Oktyabrın 2-də siyasi fəal İbrahim Əvəzzadə Tehranda təhlükəsizlik məmurları tərəfindən nəzarət altına alınıb. Avqust ayında isə təhlükəsizlik qüvvələri Azərbaycan ənəənəvi rəqs müəllimi Peyman İbrahimini evində döyərək həbs etmişdi.

İranda təhlükəsizlik qüvvələri tərəfindən həbs edilən siyasi fəallar vəkilə çatım, ədalətli və açıq məhkəmə prosesi keçirmək, ailələri ilə əlaqə saxlamaq, hüquqi məsləhət almaq kimi əsas hüquqlardan məhrumdurlar. Təhlükəsizlik qüvvələrinin təcridxanasında siyasi fəallar adətən uzun müddət təkadamlıq kameralarda saxlanılır və işgəncə və döyülmələrə məruz qalaraq özlərinə qarşı saxta etiraflar etməyə məcbur edilirlər.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Bəxtiyar Hacıyevin vəkili ilə konfidensiallıq hüququnun pozulduğu deyilir
please wait

No media source currently available

0:00 0:11:33 0:00
XS
SM
MD
LG