Accessibility links

Həbs edilən güneyli fəal Murtuza Nurməhəmmədinin vəziyyəti haqda məlumat yoxdur


güneyli fəal Murtuza Nurməhəmmədi
güneyli fəal Murtuza Nurməhəmmədi

Məhkəmə və təhlükəsizlik qüvvələri güneyli milli fəal Murtuza Nurməhəmmədinin həbsinin səbəbləri və ona qarşı irəli sürülən ittihamlar ilə bağlı məlumat hələ açıqlama verməyib.

Murtuza Nurməhəmmədinin yaxınlarının verdiyi məlumata görə, ondan 10 gün xəbər almadıqdan sonra Şəbistər Məhkəməsinin Prokurorluğunun 2-ci şöbəsinə müraiət edərək, Nurməhəmmədinin dosyesi, ittihamları və həbsinin səbəbləri haqqında məlumat almağa çalışsalar da, səlahiyyətlilər yalnız işin araşdırıldığını bildirib və heç bir məlumat verməyib.

Sufiyan şəhərinin qeydiyyat idarəsi
Sufiyan şəhərinin qeydiyyat idarəsi

Nurməhəmmədi Şərqi Azərbaycan vilayətinin Sufiyan şəhərinin Qeydiyyat İdarəsi tərəfindən ona gələn zəngin ardından sentyabrın 9-da həmin idarəyə müraciət edib və orada hazır olduğu zaman təhlükəsizlik agentləri tərəfindən həbs edilib. Həbs edildikdən sonra təhlükəsizlik qüvvələri onun evində reyd keçirib və sonra bir sıra şəxsi əşyalarını müsadirə ediblər.

İnsan haqlarının pozulması və bu işdə şəffaflığın olmaması ilə bağlı etirazlar və narahatlıqlar artarkən, bu vəziyyətə etiraz olaraq bir qrup azərbaycanlı milli fəal sentyabrın 17-də simvolik etiraz nümayiş etdirdilər.

Onlar Sufiyan şəhərinin Qeydiyyatı İdarəsinin girişində "Burası qeydiyyat idarəsi deyil kəşfiyyat idarəsidir" mətni olan kağız parçası quraşdırıblar.

Şəbistər şəhristanının Nadarlı qəsəbəsinin sakini olan Nurməhəmmədi ailəsi övladına seçdiyi türkcə Hunay adı ilə şəxsiyyət vəsiqəsi almaq üçün Sufiyan şəhərinin qeydiyyat idarəsinə müraciət etsə də, həmin idarə bu adla şəxsiyyət vəsiqəsi verməkdən imtina edib.

Forum

XS
SM
MD
LG