Accessibility links

Şahin Xiyavlı: Təbrizdə uzun müddət nəzarətdə saxlanılan fəallar adətən işgəncəyə məruz qalırlar


Şahin Xiyavlı
Şahin Xiyavlı

Hüquq müdafiəçisi Şahin Xiyavlı Amerikanın Səsinə müsahibədə İran Azərbaycanında insan haqları vəziyyəti, siyasi məhbusların durumu və keçən bir il ərzində tətbiq edilən edam hökmləri haqqında danışıb.

Xiyavlı həmçinin hazırda Tehranın Evin həbsxanasında saxlanılan Nərgiz Məhəmmədinin Nobel Sülh mükafatına layıq görülməsinin təsirlərini dəyərləndirib. O hesab edir ki, builki mükafatın bir iranlı qadın fəala verilməsi beynəlxalq ictimaiyyətin İranda insan haqlarının pozulmasına diqəttini artıracaq.

Şahin Xiyavlı: Təbrizdə uzun müddət nəzarətdə saxlanılan fəallar adətən işgəncəyə məruz qalırlar
please wait

No media source currently available

0:00 0:13:09 0:00
Direct link

Şahin Xiyavlı sentyabr ayında tutulan və hazırda Təbriz başda olmaqla İran Azərbaycanının fərqli həbsxanalarda saxlanılan fəalların Urmiyə gölü üçün etiraz çağırışları və İranda 2022-ci ildəki kütləvi etirazların ildönümü ilə əlaqədar həbs olunduğunu bildirib.

"Daha öncə İranın kəşfiyyat nazirliyindən göndərilən rəsmi bir məktubda Təbrizdə və türklərin yaşadığı digər bölgələrdə potensial olaraq etirazları yönləndirə biləcək insanların tutulması istənilmişdi. Son 4-5 ildə bu siyasət özəlliklə türklərin yaşadığı bölgələrdə sıx-sıx görünməkdədir. Fəalları etirazlar baş tutmadan öncə həbs edirlər," o, qeyd edib.

Hüquq müdafiəçisi xüsusilə Təbrizdə həftələrdir mühakimə olunmadan nəzarətdə saxlanılan fəalların işgəncə altında sorğu-sual olunma ehtimalının yüksək olduğunu önə çəkir.

"Amnesty Internationalın noyabr [2019] etirazları ilə bağlı hesabatında da göründüyü kimi, Təbrizdə tutulan fəallar sorğu-sual prosesində ciddi anlamda işgəncəyə məruz qalmışdılar. Bunların ailəsinə də ruhi-psixoloji basqılar tətbiq olunmuşdu. Onun üçün mən bu gün Təbrizdə vəziyyətləri bəlli olmayan məhbusların da işgəncə olunduğunu düşünürəm. Çünki proses eyni prosesdir, metod eyni metoddur. Biz bənzər durumlarda sorğu-sualda saxta etirafların alınmasına da şahid olmuşuq," o bildirib.

Onun fikrincə, "hədəf budur ki, gələcəkdə olası hər hansı etirazda bu aktivistləri passiv və təsirsiz hala gətirsinlər."

Şahin Xiyavlı müsahibədə həmçinin siyasi fəal Nərgiz Məhəmmədinin Nobel Sülh Mükafatına layıq görülməsi ilə bağlı deyib ki, "İrandakı insan haqları pozuntuları dünya ictimaiyyətinin diqqət mərkəzindədir. Özəlliklə Nərgiz Məhəmmədinin belə bir mükafata layıq görülməsi ilə bu diqqətin beynəlxalq platformada daha da artacağını düşünürəm."

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Tramp baş prokuror vəzifəsinə yeni namizəd nominasiya edib
please wait

No media source currently available

0:00 0:11:25 0:00
XS
SM
MD
LG