Accessibility links

Rza Talibi: Nobel Sülh Mükafatı Nərgiz xanıma İranın bütün kəsimlərini təmsil etmək üçün tarixi bir fürsətdir


Nərgiz Məhəmmədi
Nərgiz Məhəmmədi

Əslən Zəncan şəhərindən olan və hazırda Tehranın Evin həbsxanasında saxlanılan siyasi fəal Nərgiz Məhəmmədi uzun illərdir insan haqları uğrunda yürütdüyü fəaliyyətlər və mücadiləsi üçün cümə günü Nobel Sülh Mükafatına layıq görülüb.

Jurnalist Rza Ralibi Amerikanın Səsinə söhbətdə bununNərgiz Məhəmmədi üçün tarixi bir fürsət olduğunu ifadə edir. Onun sözlərinə görə, "əgər Nərgiz xanım bir türk və bir qadın olaraq bu fürsətdən yaralanıb və insan haqlarını bütün vətəndaşları əhatə edəcək şəkildə müdafiə etsə bütün kəsimləri təmsil edən bir öndər ola bilər."

Rza Talibi: Nobel Sülh Mükafatı Nərgiz xanıma İranın bütün kəsimlərini təmsil etmək üçün tarixi bir fürsətdir
please wait

No media source currently available

0:00 0:14:01 0:00
Direct link

Talibi Nobel Sülh Mükafatının diasporada yaşayan müxalif qüvvələrdən birinə deyil, İran daxilində həbsdə olan Məhəmmədiyyə verilməsinin önəmli olduğunu vurğulayır:

"Düşünülürdü ki, mükafat xaricdə müxalifət içərisində olan bir fərdə də verilsin. Ancaq, içəridə və həbsdə olan zəncanlı Nərgiz Məhəmmədiyə verildi. Bunun önəmi budur ki, Avropa hələ də Qadın, yaşam, özgürlük şüarı ilə yaranan kütləvi hərəkətləri İran rejiminə qarşı bir basqı vasitəsi görür. Həm də etirazlardan sonra xaricdə müxalifətdə o potensialı görmədikləri üçün, içəri yönlü və həbsdə olan bir şəxsə verildi bu mükafat... Özəlliklə də, içəridə olan bir şəxsin seçilməsi bunu göstərir ki, Avropa bu etirazların içəridə güclənməsini və içəri mərkəzli getməsini ümid edir."

Rza Talibi
Rza Talibi

İran Azərbaycanında bəzi fəallar Məhəmmədinin türklər və digər qeyri-fars icmalara qarşı tətbiq edilən ayrı-seçkiliklərə diqqət yetirməməkdə tənqid edirlər.

Zəncanda yaşayan mədəni fəal Ruzbeh Səadəti öz Twitter hesabında Nobel Sülh Mükafatına işarə edərək yazıb ki, "sizin insan haqlarınız türklər, ərəblər və digərlərinin hüquqlarına şamil olmadığına görə; vicdan məhbusu və siyasi məhbusu müdafiə fəaliyyətiniz türk, ərəb və digər məhbuslara şamil olmadığına görə, bizim bu hüquq müdafiəsi əlaqələrindəki bayağılığa şübhə ilə yanaşmağa və buna etiraz etməyə haqqımız var."

Rza Talibi isə Nərgiz Məhəmmədinin Nobel Mükafatının gətirdiyi məsuliyyətlə birlikdə insan haqları fəaliyyətini bütün vətəndaşlara şamil edəcəyinə ümidli olduğunu söyləyir.

"Nərgiz Məhəmmədi bu məsuliyyətə necə bir reaksiya verəcək? Çünki, bu Nobel mükafatı bir məsuliyyət gətirir. O, insan haqlarını bütün İran vətəndaşlarına şamil edərək müdafiə edəcək ya yox? Mən bu məsələyə ümidliyəm."

Talibi əlavə edir ki, "yəni, bizim orada problemlərimiz var. Etnik ayrı-seçkilik var. Əzilən haqlar var. Həbs edilən insanlar var. Bunlar ümumiyyətlə ana axım və meynstrim mediada səsləndirilmir. Ancaq, düşünürəm ki, Nərgiz xanımın üzərinə yüklənən bir missiya var. Bu məsuliyyət Nobel Mükafatı olan bir şəxs olaraq, bir qadın olaraq və bir türk olaraq onun üzərinə yüklənir. İndiyə qədər İranda heç kəsin toplumun bütün kəsimlərini təmsil etmə qabiliyyəti olmayıb. Bu, Nərgiz xanım üçün tarixi bir fürsətdir. Məsələn, o, düşünsə ki, bundan sonra toplumun bütün fərdlərini və hətta onun öz etnik kimliyimdən təzyiq altında olan insanların haqqını qorumaqla böyük bir dəyişim yarada bilər. İnsan haqları fəaliyyəti üzrəindən bir öndər və öncü yarana bilər."

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Tramp baş prokuror vəzifəsinə yeni namizəd nominasiya edib
please wait

No media source currently available

0:00 0:11:25 0:00
XS
SM
MD
LG