Təbrizdə təhlükəsizlik qüvvələri tərəfindən həbs edilən milli fəalların ailələri məhkəməyə müraciət edərək bu fəalların dindirilməsinin davam etdiyi barədə məlumat alıblar.
Həbsdə olan milli fəal Davud Şirinin qardaşı Əyyub Şiri İnstagram səhifəsində həbs edilən fəalların bir neçə ailə üzvləri ilə birgə prokurorluğa getdiklərini açıqlayıb.
O yazıb ki, işin müstəntiqi ailələrə tədqiqat prosesinin davam etdiyini və milli fəalların sorğuya çəkilməsinin 20 gün daha davam edəcəyini bildirib.
Əyyub Şirinin prokurorluqdan aldığı məlumata görə, milli fəallara qarşı irəli srülən ittihamın "milli təhlükəsizliyə qarşı birləşmə və sözləşmə" olduğunu qeyd edib.
Sentyabrın 13 və 14-də Araz İbrahimnejad, Davud Şiri, Əli Babayi, Cavad Sudbər, Əmir Hüseyn Aqayi, Seyid Məhəmmədrza Müvəhhid və Mehrdad Qadiri təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.
Təbrizdə həbs edilən 7 milli fəal 6 gündür ki, Kəşfiyyat İdarəsinin təcridxanasındakı kameralarda sorğu-suala çəkilir.
İlkin məlumatlara görə, bu fəallardan bəzilərinin həbsi zorakılıqla müşayiət olunub və onlar həbs edilərkən döyülüb.
Forum