Ərdəbil sakini milli fəal Nasir Rəzmcu bu şəhərin təhlükəsizlik qüvvələri tərəfindən saxlanılaraq Təbriz Kəşfiyyat İdarəsinin təcridxanasına aparılıb.
İnsan haqları üzrə fəaliyyət göstərən HRA xəbər agentliyinin verdiyi məlumata görə, Nasir Rəzmcu oktyabrın 21-i, şənbə günü səhər saat 10 radələrində saxlanılıb.
Dünən, oktyabrın 22-də axşam saatlarında ailəsi ilə qısa telefon danışığında o, Təbriz Kəşfiyyat İdarəsinin təcridxanasına köçürüldüyünü bildirib.
Nasir Razmcunun saxlanmasının səbəbləri və ona qarşı irəli sürülən ittihamlar barədə hələ ki, heç bir məlumat yoxdur. Təhlükəsizlik qüvvələrinin onu həbs edərkən şəxsi əşyalarını o cümlədən cib telefonunu müsadirə etdiyi bildirilir.
Son aylarda təhlükəsizlik qüvvələrinin milli fəallara qarşı təzyiqləri kəskin şəkildə artıb və 10-dan çox milli fəal hələ də Təbriz Kəşfiyyat İdarəsinin təcridxanasında dindirilir və onların nəzarət müddəti dəfələrlə üzadılıb.
Forum