Accessibility links

Təbrizdə milli fəal Hamid Yeganəpur həbs edilib


Güneyli fəal Hamid Yeganəpur
Güneyli fəal Hamid Yeganəpur

Çərşənbə axşamı, noyabrın 7-da güneyli milli fəal Hamid Yeganəpur Təbrizdə təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.

Hüquq müdafiəçilərinin yayımladığı məlumata görə, Şərqi Azərbaycan vilayətinin Marağa şəhərindən olan güneyli fəal həbs edildikdən sonra bu şəhərin Kəşfiyyat İdarəsinin təcridxanasına köçürülüb.

Həmid Yeganəpur həbs edildikdən sonra ailəsi ilə telefon danışığında Təbriz Kəşfiyyat İdarəsinin təcridxanasına köçürülməsi barədə məlumat verib.

Hamid Yeganəpur göstərdiyi fəaliyyətlər səbəbilə keçən illərdə də təhlükəsizlik qüvvələri tərəfindən təhdid və basqılara məruz qalıb.

Yeganəpurun ürək xəstəliyindən əziyyət çəkdiyi və təzyiq və əsəb gərginliyi onun üçün təhlükəli olduğu bildirilir.

Güneyli fəalın həbs edilmə səbəbləri və ona qarşı irəli sürülən ittihamlar barədə məlumat yoxdur.

Son aylarda İran Azərbaycanının müxtəlif şəhərlərində, xüsusilə Təbrizdə ondan çox milli fəal həbs edilib və onlar iki aydan artıqdır ki, təhlükəsizlik qüvvələrinin təcridxanasında dindirilir.

Forum

XS
SM
MD
LG