Accessibility links

İsraildə dörd Azərbaycan əsilli şəxs həlak olub


Bakıda insanlar İsrail səfirliyini ziyarət edir
Bakıda insanlar İsrail səfirliyini ziyarət edir

"İsraildə HƏMAS-ın hücumları nəticəsində 4 nəfər azərbaycan əsilli şəxs, o cümlədən biri Azərbaycan vətəndaşı olmaqla həlak olub. Həlak olanlardan İlkin Nəzərovun iki vətəndaşlığı (Azərbaycan və israil) var. Şamil Abbasov, Emin Axundov və Roman Qandel isə İsrail vətəndaşlarıdır".

Bu barədə Amerikanın Səsinin sorğusuna cavab olaraq Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə bildirib.

Hacızadənin sözlərinə görə, Azərbaycanın İsraildəki səfirliyi təhlükəsizlik qaydalarına riayət etməklə işini davam etdirir.

Bununla yanaşı, İsraildə xəsarət alan azərbaycan əsilli insanlar və ya vətəndaşlarla bağlı hələ məlumat verilmir.

30 ildən artıq ki, İsrailin paytaxtı Qüsdə yaşayan azərbaycanlı Namiq Hüseynov HƏMAS-ın hücumundan sonra ölkədəki durumla bağlı Amerikanın Səsinə müşahidələrini bölüşüb.

"Mən səhər tezdən oyandıqda Qüdsdən uzaqda partlayış səsləri eşitdim. Tez televizoru açdım. Gördüm ki, HƏMAS-ın 1000-dən çox yaraqlısı sərhədləri yarıb. Bizdən çox da uzaqda olmayan məsafədə yerləşən Beri deyilən yerdə şənlik edən insanları-uşaqları, qadınları, bir sözlə orada olanları atəşə tutub. Xeyli sayda insan öldürülüb. Daha sonra isə yaxınlıqdakı kibbutslara girib vəhşicəsinə insanları qətlə yetiriblər. Uşaq və qadınlar da daxil olmaqla, çox sayda insan əsir götürülüb", Hüseynov deyib.

Onun sözlərinə görə, İsrail cəmiyyətində hücumların ardınca böyük vəhdət yaşanılır.

"Paytaxtda sakitlikdir. Birlik var," o, əlavə edib.

Oktyabrın 7-də HƏMAS-ın İsrailə qəfil hücumu nəticəsində yüzlərlə insan həlak olub, minlərlə yaralanan var.

Forum

XS
SM
MD
LG