Accessibility links

Dağılmış İsrail kibbutsu cəsədlərlə doludur


İsrail əsgərləri cəsədləri toplamaq üçün evbəev gəzərkən İsrail sakinlərinin və HƏMAS yaraqlılarının cəsədləri Kfar Aza kibbutsunun ərazisində yanmış evlər, səpələnmiş mebellər və yandırılmış avtomobillər arasındadır.

İsrail Müdafiə Qüvvələri çərşənbə axşamı HƏMAS yaraqlılarının Qəzza zolağından İsrailə hücumu zamanı ən çox zərər çəkmiş bölgələrdən biri olan əraziyə xarici mətbuatın girişinə yol verib.

Jurnalistlər kibbuts ərazisində gəzərkən cəsədlərin ağır qoxusunu hiss edib.

"Siz körpələri, anaları, ataları yataq otaqlarında, mühafizə otaqlarında və terrorçunun onları necə öldürdüyünü görürsünüz. Bu, müharibə deyil, döyüş meydanı deyil. Bu, qırğındır, terror fəaliyyətidir", İsrailli general-mayor Itai Veruv bildirib.

"Bu, həyatımda heç vaxt görmədiyim bir şeydir. Bu, bizim babalarımızdan, nənələrimizdən, Avropada və başqa yerlərdə poqromlar haqda əldə etyimiz təsəvvürlər idi. Bu, yeni tarixdə baş verən bir şeydir", general əlavə edib.

Kibbutsun kiçik evlərindən birinin yanında bir sakinin cəsədi bənövşəyi örrtüklə örtülüb. Yastıq və digər əşyaları ətrafa səpələnib. Başqa yerdə silahlıların cəsədləri üzüstə yerdə qalıb.

Kibbutsun perimetrindəki dağıdılmış darvaza silahlıların hara daxil olduğunu göstərir.

Yaraqlılar Sderot yaxınlığındakı Kfar Aza kimi yerlərdə yüzlərlə israillini qətlə yetirib və onlarla insanı girov götürüblər. Hücum zamanı evlərin bəziləri tamamilə dağılıb, divarları yanıb. İsrail əsgərləri cəsəd torbalarında mülki cəsədləri çıxarmaq üçün ev-ev gəzir.

Onlar hələ də silahlılarla döyüşdükləri və bubi tələləri iləüzləşdikləri üçün onları əvvəl götürə bilməmişdilər.

Bir əsgər qışqırıb: “Burada gördüklərinizi dünyaya danışın”.

Uzaqdan atışma və partlayış səsləri eşidildiyindən əsgərlər hələ də verandalı, palma ağacları və banan bitkiləri olan birmərtəbəli evləri olan kibbutzun yollarını qoruyur.

Yuxarıdan reaktivlərin səsi eşidilir, Qəzzadan tüstünün yüksəldiyi görünür. Sirenlər, gələn raketlərin havada tutulduğu barədə xəbərdarlıq edir.

Hərbi sözçünün bildirdiyinə görə, HƏMAS hücumları nəticəsində ölənlərin sayı 900-ə çatıb, əsasən mülki şəxslər evlərində, küçələrdə və ya rəqs məclisində güllələnib.

11 sentyabrdan başqa islamçıların keçmiş hücumlarının miqyasını çox kiçik olubr. Bir çox israilli Qəzzaya girov kimi aparılıb.

Qəzza rəsmilərinin bildirdiyinə görə, İsrailin zərbələri nəticəsində ən azı 770 qəzzalı həlak olub, Qəzzada bəzi rayonlar bütövlüklə yerlə yeksan olub.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Bəxtiyar Hacıyevin vəkili ilə konfidensiallıq hüququnun pozulduğu deyilir
please wait

No media source currently available

0:00 0:11:33 0:00
XS
SM
MD
LG