Accessibility links

İsrailə hücumdan sonra İranın HƏMAS-a dəstəyi diqqət mərkəzindədir


İsrailə hücumdan sonra İranın HƏMAS-a dəstəyi diqqət mərkəzindədir
please wait

No media source currently available

0:00 0:03:24 0:00

HƏMAS militantları şənbə günü İsrailin cənubuna daxil olaraq, mülki vətəndaşlar və əsgərlərə hücum edəndən sonra İranın fələstinli HƏMAS qrupuna dəstəyi diqqət mərkəzindədir. Münaqişə sürətli şəkildə eskalasiya etdiyi bir vaxt artıq yüzlərlə israilli və fələstinli həyatını itirib.

HƏMAS-ın şənbə günü İsrailə hücumu əksər regional gücləri şok edib, ancaq bir çox analitik deyir ki, İran bu hücuma əvvəlcədən razılıq verərdi.

“İran bir neçə ildir HƏMAS-ı maliyyə və təlimlər, hərbi avadanlıq vasitəsilə dəstəkləyir. Hizbullah, HƏMAS və İslamçı Cihad və digərləri kimi qrupların müharibə aparmaq qərarları yalnız İranın əvvəlcədən açıq-aşkar razılıq verməsi ilə ola bilər. Bununla belə, deyə bilmərik ki, İran bu qruplara bu hücumları həyata keçirməyə göstəriş verib,” SOAS London Universitetinin Yaxın Şərq İnstitutundan Lina Xatib deyir.

İran HƏMAS-ın hərəkətlərini “müqavimətin təzahürü” kimi qiymətləndirib, ancaq məsuliyyət daşıdığını inkar edib.

İsrail prezidenti İsaak Herzoq “əsası İranda olan şər oxu”nu günahlandırıb. İsrail rəsmiləri deyir ki, Tehranın hücuma İranın göstəriş verdiyinə dair birbaşa dəlil yoxdur.

“Bu, fələstinli qrupun öz Fələstin maraqları üçün başladılan bir əməliyyatdır. HƏMAS İran rejiminin nə əməliyyatçısı nə də vasitəçisidir. Hərçənd ola bilər ki, maraqlar üst-üstə düşür,” Vaşinqtonda qərargahlanan Yaxın Şərq İnstitutundan Xalid Elgindi deyir.

İranın HƏMAS-la İsrail arasında təkrar münaqişənin başlamasında nə marağı ola bilər? Geosiyasi ittifaqlar sürətlə dəyişir. Səudiyyə Ərəbistanı və İsrail Birləşmiş Ştatların dəstəyi ilə diplomatik münasibətləri normallaşdırmağa çalışır.

Həmasın rəqibi Fələstin Milli İdarəsi həmin danışıqlarda iştirak edir.

“Razılıq Səudiyyə Ərəbistanının Fələstin Milli İdarəsi ilə danışıqlarını əhatə edir. HƏMAS müzakirələrin bir hissəsi deyildi, ona görə HƏMAS ilk növbədə Fələstin-İsrail münaqişəsinə hər hansı həll yolunun bir hissəsi olmalı olduğunu düşündü. Yəni, biz HƏMAS və dəstəkçisi İranın siyasi agendanı müəyyən etmək istədiyi bir geosiyasi kontekstdən bəhs edirik,” Lina Xatib deyir.

Bu arada isə Tehranın 2015-ci il İran nüvə razılığının bərpası və sanksiyaların aradan qaldırılması ilə bağlı Qərblə danışıqları dalana dirənib.

“Problem yaratmaq başqa yollarla danışıq aparmaqdır. Mən inanıram ki, bu, bu vəziyyətə də aidddir. Mən İranın daha böyük qarşıdurmada maraqlı olduğundan əmin deyiləm.Dediyim kimi, o, çox güman ki, diqqət axtarışındadır və regiona cəlb olunan böyük qüvvələri, xüsusilə Birləşmiş Ştatları İranın regiondakı roluna ciddi yanaşmağa inandırmaq istəyir,” Vaşinqtonda yerləşən Ərəb Mərkəsinzədn Xəlil Canşan deyir.

Xatib iddia edir ki, Vaşinqton İran siyasətini yenidən nəzərdən keçirməlidir.

“ABŞ-ın xarici siyasəti İranın nüvə fəaliyyətinə yönəlib və müəyyən mənada İranın regiondakı rolunu məhdudlaşdırıb. Məncə, İranın regiondakı rolunun ABŞ siyasətinin mərkəzində yer almalı olduğunu inkar etmək olmaz,” o deyir.

ABŞ Dövlət katibi Antoni Blinken bazar günü deyib ki, o, hələ ki, İranın HƏMAS-ın hücumlarında əli olduğuna dair birbaşa sübut görməyib.

Bu arada isə İsrailin baş naziri Benyamin Netanyahu bazar ertəsi deyib ki, ölkəsinin cavabı “Yaxın Şərqi dəyişəcək.” O, təfərrüt verməyib.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Suriya hakimiyyəti ölkədəki silahlı qrupların ləğv ediləcəyni bildirir
please wait

No media source currently available

0:00 0:11:30 0:00
XS
SM
MD
LG