Accessibility links

Azərbaycan məhkəməsi İran vətəndaşını casusluq ittihamı ilə 12 illik həbsə məhkum edib


Bakı Ağır Cinayətlər Məhkəməsi
Bakı Ağır Cinayətlər Məhkəməsi

Oktyabrın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsi İran vətəndaşı Astan Babək Soleymanı casusluqda günahlandıraraq həbsə məhkum edib.

Yerli media məhkəmədəki mənbələrə istinadən bildirir ki, İran vətəndaşı Azərbaycan Cinayət Məcəlləsinin 276-cı (casusluq) maddəsilə təqsirli bilinərək 12 il azadlıqdan məhrum edilib.

Məlumatda deyilir ki, 48 yaşlı Soleyman bu ilin mayında Naxçıvanda saxlanılıb. Etnik azərbaycanlıdır, Təbriz şəhərinin sakinidir, ixtisasca həkimdir.

İstintaq məlumatına görə, Soleyman İran İslam İnqilabı Keşikçiləri Korpusunun (Sepah) kəşfiyyat bölməsinin əməkdaşı olub.

Astan Babək Soleymanın vəkili, yaxınları və rəsmi Tehran hələ bu həbslə bağlı şərh verməyib.

Forum

XS
SM
MD
LG