Accessibility links

Təbrizdə təqaüdçülər "boş süfrə" aksiyası keçiriblər


Təbriz (Mənbə: İran İşçilərinin Azad Birliyinin Telegram kanalı)
Təbriz (Mənbə: İran İşçilərinin Azad Birliyinin Telegram kanalı)

İran telekommunikasiya şirkəti təqaüdçülərinin aylardır müxtəlif vilayətlərdə baçlatdıqları piket və yürüşlərin davamında təqaüdçülər Təbrizdə boş süfrə açaraq aksiya keçiriblər.

İran İşçilərinin Azad Birliyinin məlumatına görə, Şərqi Azərbaycan vilayətində telekommunikasiya şirkətindən təqaüdə çıxanlar şənbə günü şirkətin Təbrizdəki baş ofisinin önündə toplaşıblar.

Birliyin Telegram kanalında yayılan görüntülərdə təqaüdçülərin ağır iqtisadi vəziyyətlərinin simvolu olaraq açdıqları boş süfrənin ətrafında oturduqları görünür.

Təqaüdçülərin şirkətin baş direktoru və idarə heyətinin Təbrizdə bir layihənin açılış mərasiminə qatıldıqları gün aksiya keçirdiyi bildirilir.

İranda müxtəlif sektorlardan təqaüddə olan vətəndaşlar aylardır ki, ölkənin bir çox vilayətində piket və yürüşlər keçirməyə davam edirlər.

Hüquq-müdafiə və əmək qruplarının yaydığı məlumata görə, təqaüdçülər "maaşların bərabərləşdirilməsi" layihəsinin tətbiqi və layihədə islahat aparılması, tibbi sığorta və digər sığorta hüquqlarının yerinə yetirilməsi, bərbad məişət vəziyyətlərinə diqqət yetirilməsi və pensiyaların həyat xərcləri və inflyasiya faizinə mütənasib artırılması kimi tələblərini gündəmə gətirirlər.

Forum

XS
SM
MD
LG